Şirniyyatdan asılılığınızı dəf etmənin 7 yolu

Son güncelleme: 26.10.2015 18:31
  • Düzgün qidalanma

    1. Belə edin: şirniyyat yemək istəyirsiniz - əvvəlcə hər hansı bir süd məhsullarından birini yeyin. Məsələn, bu bir tikə pendir və ya azacıq kəsmik ola bilər. Qatıq və ya yoqurt da yarayar, amma şəkərsiz...

    2. Yemək rasionunuzdan zülalı əskik etməyin. Çalışın səhər, nahar və şam yeməyində hökmən zülalla zəngin qidalar qəbul edəsiniz.

    3. Gün ərzində 2-3 saatdan bir qidalanmağa çalışın. Orqanizminizin çox acmasına imkan verməyin.

    4. Yeməkdən sonra kiçik bir desert qəbul edə bilərsiniz, əgər istəyiniz çox güclüdürsə...

    5. Hər qida qəbulunda paxlalılar, yarmalar, süd məhsulları, ət, yumurta, göbələk və balıqdan istifadə etməyə çalışın.

    6. Qida rasionunuzdan xromla zəngin balıq, digər dəniz məhsulları, yumurta və maqneziumla zəngin yulaf və qarabaşaq yarmasını əskik etməyin.

    7. Və nəhayət aclığın sizə gətirdiyi depressiyanı təmiz havada gəzinti ilə yox edə bilərsiniz. Hər gün 40 dəqiqə açıq havada gəzinti sağlamlığınıza şirniyyatdan qat-qat faydalıdır.

    Maraqlı burasıdır ki, bunlara əməl etməklə şirniyyat istəyinizə çox asanlıqla qalib gələ bilərsiniz. Nəticə isə zərif bədən quruluşu və sağlam orqanizm olacaq.

    alinti...
#26.10.2015 18:31 0 0 0