Cavanlıq barədə kəlamlar

Son güncelleme: 07.11.2015 18:23
  • Hədislər - kəlamlar - Cavanlıq barədə kəlamlar

    "Hədisi Qudsi"də Allah Təala insanlara belə xitab edir:
    "Ay Adəm övladı!Necə mənim əmrim qarşısında özünüzü böyük tutub itaət etmirsiniz?!Günəşin istiliyi nəticəsində qızan qumların hərarətinə dözə bilmirsiniz,qiyamət günü 7 təbəqəli Cəhənnəmin əzabına necə dözəcəksiniz?..."
    Loğmandan soruşurlar:
    Loğman,adamların pisi,ləyaqətsizi hansı adamdır?
    Belə buyurur:
    O şəxslər ki,etdiyi günah və ya ləyaqətsiz işlər qarşısında camaatdan nə utanır,nə də çəkinir.Bəlkə özünü şəxsiyyətli kimi camaat arasında nişan verir.
    İmam Baqir (ə;) belə buyurub:
    "Hə, bir müsibət etdiyin günahı yüngül,kiçik,az bilib günahın az olduğuna görə şad olmaq kimi böyük günah ola bilməz."
    Ömrün,cavanlığın qüdrətin,qüvvətin əlindən getməmiş öz gözəl əməllərinlə Allah təala tərəfindən xəlq olunmuş vücudunu nurani et. Onu bil ki,cəhənnəm atəşini ancaq iman nuru söndürə bilər,təqva ilə gördüyün xalis əməllərinlə söndürə bilərsən.
    Cavanlığın,sağlamlığın,qüvvətin olanda Allaha həqiqi ruku,səcdə etməlisən.Bu zaman,bu vaxt bu rukunu,bu səcdəni etməsən bu dünyanın enişli-yoxuşlu,mükülatlı və çətin yollarını ötüb,keçdikcə sənin uca qamətin əyilər,gözlərinin nuru azalar,qolların qüvvətdən düşər,ayaqların taqətini itirər və səni dizə çökdürər.Hətta bununla kifayətlənməyib səni cəhənnəmə atandan sonra səndən uzaqlaşacaq.
    Həzrət Əli (ə;) belə buyurub:
    "Dünyada ömrün fürsəti şimşək (ildırım)kimi gəlib gedər.Hər vaxt yaxşılıq,ibadət,ehsan etmək fürsəti tapdın qədrini bilib ondan yaxşı istifadə edin."
    Həzrət yenə başqa yerdə belə buyurub:
    "(Ey insanlar!)Onu bilin ki,fürsət tez aradan gedər,amma gec qayıdır.(Və ya bir daha elə fürsətin olmaz,ona görə hər vaxt fürsətindən yaxşılıq üçün yaxşı istifadə et.)"
    "Cavanlıq barədə Əli (ə;) belə buyurur:Yeni yetmə cavanın qəlbi təmizlənib hazırlanmış torpaq sahəsinə bənzər ki,hər nə əksən (nəsihət etsən,öyrətsən)qəbul edib özündə saxlar."
    Allah təala Qurani kərimdə belə buyurur:
    "Ey Peyğəmbər!İnsanları hikmətlə,gözəl dəlillərlə,yaxşı öyüd-nəsihətlə Allah yoluna (isalam dininə;)dəvət et."
    İmam Əli (ə;) oğlu Həsən (ə;)-a belə nəsihət edir:
    "Oğulcan!Həmişə çalış qəlbini hikmtli sözlərlə,nəsihətlərlə dirildib salim saxlayasan."
    Ey sadəlövh insan!Yaxşısı,gözəli budur ki,ağlın başında,sağlamlığın olan zaman öz ixtiyarınla yaxşı nəsihətləri qəbul edib Allaha həqiqi ibadət et,dünyanın çirkinliyindən öz heysiyyətini,şəxsiyyətini qoru.
    Rəsuli Əkrəm (s) buyurub:
    "Hər bir müsəlman şəxsin başqa bir müsəlman dini qardaşına verdiyi hər bir qiymətli hədiyyəsindən də qiymətli,gözəl hədiyyə o hədiyyədir ki,şəxsiyyətinə qiymət verməyib düz yoldan uzaqlaşanı düz yola gətirmək.İmanlı şəxsin bir daha da imanını möhkəm etmək üçün söylədiyi hikmətli,nəsihətli sözdür ki,onu hər bir pisliklərdən uzaqlaşdırar."
    İmam Sadiq (ə;) oğluna belə nəsihət edir:
    "Oğulcan!Sən bu dünyada bir fəhləsən ki,sənə vacib və lazım olan şəri işləri gərək yerinə yetirəsən.Yerinə yetirdiyin işlərin müqabilində isə sənə muzd vədə verilib ki,sənə verərlər.Vədə verilmiş əcrini almaq üçün öz işlərini vaxtında yaxşı yerinə yetir."
    Bunuda bilmək lazımdır ki,insan qocalsa da namus,qeyrət,şəxsiyyət qocalmaz.Çalışmaq lazımdır ki,bu müvəqqəti dünyanın zəhərli şirinliyinə,hiyləgərli gözəlliyinə aldanıb öz şəxsiyyətini aradan aparmayasan.Şəxsiyyət qazanmaq üçün ömrün axırına kimi lazımdır ki,özünü pisliklərdən qoruyasan.Lakin şəxsiyyəti,heysiyyəti,abrı-həyanıaradan aparmaq üçün vaxt lazım deyil.Şəxsiyyətin qazanmağının necə çətin olduğunu bilə-bilə həqqi danıb həqsizi düz bilib öz şəxsiyyətimizi faydasız ,yalan sözlərə satırıq.

    alinti..
#07.11.2015 18:23 0 0 0