Üz və Bədənə qulluq - Maska - maskalar - Botoksu əvəzləyən maska haqqinda
Üzdə yaşla bağlı yaşanan dəyişikliklər heç bir qadını sevindirmir. Üzdə yaşlılığın ilk xırda əlamətini görən kimi tez onu yox etməyə çalışırlar. Buna görə də ya kosmetoloqun yanına gedib botoks etdirir, ya da bıçaq altına yatırlar. Ancaq bunsuz da üzdəki xırda qırışlardan xilas olmaq mümkündür.Dəridəki yorğunluq və yaşlılıq əlamətlərini yox edəcək nişastalı (kraxmallı) maskanı təqdim edirik.
1-1.5 x/q kartof nişastası
5 x/q kök suyu
1 x/q smetan
0.5 stəkan su
Kartof nişastasını (kraxmalı) su ilə qarışdırın. Qarışımı tavaya tökün. Sonra 0.5 stəkan qaynar su əlavə edib tündləşənə kimi qaynadın. Üzərinə kök suyu və smetan əlavə edin. Yaxşı qarışdırıb soyudun.
Nazik təbəqə şəklində üzünüzə çəkib 20-25 dəqiqə gözləyin. İsti su ilə yuyub nəmləndirici vurun. Qalanını da soyuducuda saxlayın. 3 gün hər gecə ard-arda çəkin. 1 həftə sonra yenə təkrarlayın. İstifadədən sonra dərinizə toxunduqda yumşaq olduğunu hiss edəcəksiniz.