Sefali bitkiler - Faydalı bitkilər - Qidalanma qaydalar - Qarazirə bitkisi - Qarazirə bitkisinin faydaları haqqinda - Qarazirə bitkisinin ne kimi faydaları var?
Qara zirə hüceyrələrdəki metabolizm fəaliyyətinə kömək edir. Hüceyrələrin inkişafı və yeniləşməsində qara zirəyə ehtiyac vardır. Bədənə lazım olan hormonların inkişafına təsir edir. Qara zirə allergiyanın yaranması ilə bağlı olan histamin kimi maddələrin artmasının qabağını alır. Hormonların yaranmasında iştirak etdiyi üçün möhkəm bir hormon müdafiəsini və sinir sisteminin fəaliyyətini təmin edir, immun blokadasının aradan götürülməsinə kömək edir, müdafiə hüceyrələrinin lazım olduğundan artıq iş görməsinə maneə yaradır, hüceyrələrin məhv olması, yeniləşməsi və hüceyrə divarlarının möhkəmlənməsində iştirak edir, qanda xolesterolu normallaşdırır, qan damarlarındakı qanın sürətini tənzimləyir və tıxanmaların qarşısını alır, yüksək qan təzyiqini endirir və aşağı təzyiqi, nəbzi normaya salır və ürəkdə ilk infarkt riskini azaldır, yaralanmış yerlərin tez yaxşılaşmasına və dərinin qüsurlarının aradan qaldırılmasına kömək göstərir[4].
Orqanizmin ümumi möhkəmliyini təmin etmək üçün yeməkdən sonra 1 çay qaşığı qara zirə qəbul etmək tövsiyə edilir ki, bu da, adətən, gündəlik doza hesab olunur. Bu həddi keçmək məsləhət görülmür. Təkcə hamiləlik dövründə qara zirənin qəbul edilməsi məsləhət görülmür. Qara zirə isti və qurudur. Bədəndəki kiçik şişləri, şişkinlikləri aparır, dazlaşmış yerə əkilən tük kökünü inkişaf etdirir, ala-bula xəstəliyini və dörd gündən bir gələn qızdırmanı sağaldır, damarlardakı trombları açır, mədə qazlarını qovur, mədənin digər qalıqlarını qurudub xaric edir. Bunlardan başqa, məhz qara zirə insanın immun sistemini möhkəmləndirib, ona enerji və güc verərək, sağlamlığın əvəzolunmaz bərpaçısına çevrilir. Həmçinin qara zirədən əsəb sisteminin xəstəliklərində, mədə xoralarında, mədə-bağırsaq qurdlarında, nizamsız aybaşılarda və hətta xərçəng xəstəliklərində də istifadə edilir [5].
Bitkinin kapsul içərisindəki toxumu qida kimi istifadə olunur. Bitkinin adı toxumlarının qara rəngindən götürülmüşdür. "Nigella" sözü latın dilində qaraya çalan mənasına gələn "nigellus" sözündən alınmışdır.
Çörəkotunun vətəni Şərqi Aralıq Dənizi ölkələri, Şərqi və Cənubi Avropadır. Çörəkotu digər ölkələrə buradan yayılmışdır. Çörəkotu 2000 ildən artıqdır ki, Mərkəzi və Uzaq Asiya ölkələrində bir çox xəstəliyin müalicəsində şəfa vəsiləsi olan bir bitkidir. Bəzi qidalarda (çörək, un məmulatları, biskvit) bəzək kimi istifadə olunan çörəkotu, aromatik (xoş qoxulu) xüsusiyyətləri səbəbilə bəzi qidalarda da ləzzət vəsiləsi kimi istifadə edilir. Çörəkotunun toxum suyu və yağının; böcəklərə, viruslara və bakteriyalara qarşı təsirli olduğu təsbit edilmişdir. Bu bitkinin yağından, işlətmə dərmanlarında qoxu və dad dəyişdirici kimi istifadə olunmaqdadır.