Aktyor Fərda Xudaverdiyev TAR prodakşının yeni filminə çəkilir. Bu barədə Lent.az-a filmin PR meneceri və prodüseri Təranə Səmədova məlumat verib: “Filmin adını hələ ki, gizli saxlayırıq. Ssenari müəllifi Fariz Əliyevə məxsus olan film komediya janrındadır. Baş rolda Fərda Xudaverdiyev çəkilir. Noyabrın 7-8-də bu filmin seçim turları keçirilib. Düşünürəm ki, möhtəşəm bir iş ərsəyə gələcək. Bizə uğurlar”.
Xatırladaq ki, seçim turunda aktyorları seçmək üçün münsiflər kürsüsündə TAR prodakşının rəhbəri Tural Cavadov, rejissor Elmir Süleymanov, ikinci rejissor Pərviz Gülməmmədov, təşkilatçı prodüser Rəşad Həsənli, Fərda Xudaverdiyev və Təranə Səmədova əyləşmişdi.
Qeyd edək ki, lentə alınacaq film Azərbaycanın bir çox kinoteatrlarında nümayiş olunacaq. Filmin informasiya dəstəyi Lent.az-dır.