Günün qoroskopu - 10 noyabr 2015

Son güncelleme: 10.11.2015 20:36
  • Bürclər - Gündəlik Bürclər - Bu günün ulduz falı

    Qoç - Tələsik hadisələrin yaşanacağı gün olduğundan görmək istədiyiniz işlər arasında ən önəmlisini müəyyənləşdirin. Çoxlu söhbətlər olacaq. Gerçəkdən də, mühüm informasiya gələ bilər. Səhər saatları səfər üçün əlverişli deyil. Günün ikinci yarısı vəziyyət normallaşmağa başlayacaq, axşam saatları isə artıq ciddi işlərlə məşğul olmaq mümkündür. Şəxsi münasibətlərdə məqsəd və istəklər üst-üstə düşəndə hər şey alınacaq.

    Buğa - İdeyalar və faydalı fikirlər çox olacaq, amma işin təşkil edilməsi, diqqətin cəmlənməsi ilə bağlı problemlər yaranacaq. Çox iş görməyə çalışmayın, həyatın adi ritmini və axarını saxlayın. Yeni işə başlamaq fikriniz varsa, onun çox səy və qüvvə tələb edəcəyini bilin. Rəğbət hissinə bel bağlamayın, sözə inanmayın.

    Əkizlər - Diqqət, təşəbbüs və çox çalışmağı tələb edən iş tapın. Mövqeyinizi nümayiş etdirmək və ya qorumaq niyyətiniz olacaq. Lakin bunu yalnız işinizin maraqlarını təmin etmək üçün etdiyinizə dəqiq əmin olandan, güclü arqumentlərə yiyələnəndən sonra edin. Şəxsi münasibətlərdə münaqişələr yarana bilər. Ailədə vəzifə və işlərin bölüşdürülməsi, hərəkət azadlığı ilə bağlı fikir ayrılığı istisna deyil. Səmimi olun, aqressiv davranmayın.

    Xərçəng - Günü ailə üzvlərinizə və özünüzə həsr edin. Böyük dəyişikliklər olmayacaq və sizdən də əlahiddə səylər tələb edilməyəcək. Sakit və monoton çalışın, işlərinizdə qayda yaradın. Bu gün problemlər ciddi şəkildə hiss olunmasa da, sizi qane edəcək həll variantı tapılmayacaq. İzafi emosionallıq və hissiyyat sakitlik, hərəkət, diqqət və qayğı tələb edir. Ailə üzvlərinizin qayğıları ilə maraqlanın, onlara yardım edin, dinləyin. Emosional himayə ən gözəl yardımdır.

    Şir - Hadisələrin axarına mane olmayın. Problemlər öz-özünə həllini, suallar da cavablarını tapacaq. Yeni perspektivlər yarana bilər. Münasibətlərdə ikili standartları və ya tərəfdaşınızın, iş yoldaşınızın sizi aldatmağa çalışdığını hiss edəcəksiniz. Qəti qərar verməyə tələsməyin. Yaxın ətrafınızdakı insanlar bu gün asan, dolayı yollar aramağa, gərginlik və işdən yayınmağa çalışacaqlar. Ən mühüm məsələ və problemlərin həllinə çalışın. Ailədəki bir işlə mühüm məşğul olmaq ehtiyacı yaranacaq. Heç nəyi köklü şəkildə dəyişməyin. Səylərinizi maddi baxımdan nəticə və ya formal sonucun əldə olunmasına yönəldin.

    Qız - Günün ilk yarısında fəal olun, çətinliklərdən çəkinməyin. Səfər, gəzinti, danışıqlar və müzakirələr üçün əlverişli gündür. Bol emosiyalar olacaq. Yaxın ətrafınızdakı insanlar və ailə üzvləri ilə münasibətləri dəyərləndirin, anlaşılmazlıq və fikir ayrılıqlarının yaranmasına münbit şərait yaratmayın. Yardıma ehtiyac duyan insana kömək edin.

    Tərəzi - Bir yerdə dayanmadığınız, ətalətdə olmadığınız üçün bu gün sizi mükafatlandıracaq. Mənəvi əhəmiyyət kəsb edən hadisə baş verəcək. Ola bilər ki, nədənsə əl çəkəsiniz, hansısa məsələdə güzəştə gedəsiniz. Yaranacaq yeni vəziyyət sizi məcradan çıxaracaq. Yeni işlərə başlamayın. Amma faydalı məlumatlar və informasiya aldığınız bütün kanalları açıq saxlayın. Kiməsə yardım edərək cavab reaksiyası ala bilərsiniz. Hadisələrə aşkar və sərt təsir etməyə çalışmayın. Ola bilər ki, yaşanan situasiyada başqa adamın marağı sizdən daha çoxdur.

    Əqrəb - Təlaşa düşməyin, narahat olmayın, kiminləsə münasibətləri tam aydınlaşdırmaq üçün uzun-uzadı mübahisələrə başlamayın. Mənəvi nəticəyə və ya cavaba razılaşın, hazır olun. Müəyyənlik hər şeydən yaxşıdır. İnformasiya axtarışı, sorğu-sual, "körpülərin yaradılması"na ehtiyac duyulan informasiyanın axtarışı zərurəti yarana bilər. Səhhətinizə fikir verin.

    Oxatan - Davranış və sağlamlığınızın müdafiə sistemlərinə neqativ təsirlər olacaq. Sizin, habelə yaxın ətrafınızdakı insanların reaksiyaları qəfil, gözlənilməz ola bilər. Romantik istək və maraqlarınızı təxirə salın. İstirahətdə səmimi olun, işlərdə mövqeləri qoruyun. İlk əvvəl iş barədə düşünün. Ümumi məqsədlər və hədəflərin varlığı ab-havanı yaxşılaşdıra bilər.

    Oğlaq - Təmaslar, görüşlər və danışıqlar üçün çətin gündür. Emosional zəiflik, təəssürat çoxluğundan yorğunluq hiss edə bilərsiniz. Lakin gərginlik və yük azalmayacaq. Yaşamı asanlaşdırmaq üçün bəzi məsələləri həll edin. Kiminləsə manipulyasiya etməyə çalışsanız, öz torunuza düşərək önəmli, nüfuzlu adamın himayəsini itirə bilərsiniz. Axşam saatlarında gözləntilərdən qurtularaq cari işlərlə məşğul olun, yaxınlarla təmas qurun.

    Dolça - Əsəbi, gərgin, yaxın ətrafınızdakı insanlarla münasibətlərin aydınlaşdırılması cəhdlərinin ola biləcəyi gündür. Maliyyə problemləri və planlaşdırılmamış xərclər olarsa, eqoizminizin səbəbkar olduğunu təxminləyə bilərsinizmi? Ailə üzvləri və yaxınlarınız üçün yaxşı işlər görməyə çalışın, başqalarının çiyinlərinə yük qoymayın. Öz işinizi özünüz görün. Danışıqlar aparmalı olduğunuz və ya ünsiyyət saxlayacağınız insanların emosional durumunu dəyərləndirin, onların vəziyyətini nəzərə alın.

    Balıqlar - Bu gün bəzi hadisələrin mahiyyəti bəlli olacaq, kurs müəyyənləşəcək, konkretlik əldə olunacaq. Bu gün sizə xoş əhval-ruhiyyə, istirahət və əyləncə vəd edir. Xırdalıqlara diqqət yetirin. Sərtlik və mülayimlik, təsir və təzyiq arasında tarazlığı seçin. Doğru qərarlar verərək yanlış yolla getməkdən uzaq durun. Hadisələrin inkişaf məcrasını müşahidə edin. Sizi kimsənin qəflətən yaxalamasına imkan verməyin, baş verənlərdə sizə faydalı ola biləcək təfərrüatlar arayın.

    alinti...
#10.11.2015 20:36 0 0 0