Makaronlu küftəli şorba resepti

Son güncelleme: 10.11.2015 21:11
  • Makaronlu küftəli şorba resepti - Makaronlu küftəli şorba terifi - Makaronlu küftəli şorbanin terkibi - Makaronlu küftəli şorba nece hazirlanir?


    noimage

    Tərkibi:
    200 qr qiymə
    1 ədəd kartof
    1 ədəd soğan
    yarım stəkan makaron
    qaynar su
    yarım ç/q tomat pastası
    yarım ç/q bibər pastası
    kərə yağı
    keşniş
    şüyüd
    duz

    Hazırlanması:
    Soğan xırda doğranılır və yağda qızardılır.
    Soğan bir az qızardıqda tomat pastası və blbər pastası əlavə olub qarışdırılır.
    Qiymədən balaca küftələr hazırlanır soğanlı qarışığa əlavə edilib biraz qızardılır.
    Soğanlı küftəli qazana 2 litr qaynar su tökülür və qaynaması gözlənilir. Qaynadıqda xırda kub çəklində doğranmış kartof, duz və makaron əlavə olunub 2-3 dəqiqə qarışdırılır.
    Şorbanın kartofu və makaronu bişdikdə yemık qazdan götürülür. Üzərinə doğranmış keşniş, şüyüd səpilir.


    Nuş olsun!

    alinti..
#10.11.2015 21:11 0 0 0