Tibbi bankalar haqqında həqiqət

Son güncelleme: 10.11.2015 22:16
  • Sağlıqlı yaşam - Xəstəliklər - Tibbi bankalar haqqında həqiqətler nedir?

    noimage

    Yaxın keçmişdə tibbi bankalar tez-tez istifadə olunan müalicə üsullarından biri idi.

    Bankaları xəstələrə həkimlər təyin edirdi. Lakin hal hazırda bankaları daha çox xalq təbabəti üsullarına aid edirlər və həkimlərin əksəriyyəti onları xəstələrə təyin etmirlər.

    Əvvəllər bankalar əksər hallarda müxtəlif tənəffüs orqanları xəstəlikləri zamanı istifadə olunurdu. Belə hesab olunurdu ki, banka qoyulan yerdə qan və limfa dövranı güclənir ki, nəticədə orqanizm xəstəliklə daha aktiv şəkildə mübarizə aparır. Lakin bu qismən belədir.

    Bəli, bankaların təsirindən qan və limfa dövranı həqiqətən güclənir ki, bunun nəticəsində orqanizmdə olan infeksiya daha sürətlə miqrasiya etməyə (hərəkət etməyə;) başlayır və tez yayılır. Məhz bu səbəbdən hal hazırda həkimlər kəskin traxeit, laringit, kəskin və xroniki bronxit, pnevmoniya, plevrit zamanı bankaların istifadə etməsinə qəti şəkildə icazə vermirlər. Bankaların istifadəsi pnevmoniya zamanı xüsusilə təhlükəlidir ki, xəstədə pnevmotoraks (ağciyərin toxumasının yırtılması) inkişaf edə bilər.

    Bankalar həmçinin müxtəlif şişlər (xoş- və bədxassəli) zamanı da əks göstəriş sayılır ki, bankalar bu şişlərin inkişafına təkan verə bilər.

    Müxtəlif dermatitlər (dəri iltihabları), dəri infeksiyaları, dəri travmaları zamanı da bankaları qoymaq olmaz.

    Qıcolmalara meyilli olan insanlara, xəstəliyin və ya s. səbəblərin nəticəsində həddən artıq arıqlamış və zəifləmiş insanlara, ciddi ürək xəstəlikləri olan insanlara (ürək qüsurları, ağır hipertoniya, stenokardiya tutmalarının tez-tez təkrarlanması, kəskin ürək çatışmazlığı və s.), 3 yaşına kimi olan uşaqlara tibbi bankalar qoyulmur.

    Xəstədə hərarətin 37,5 C-dən yuxarı qalxması da bankaların istifadəsi üçün əks göstərişdir.

    Beləliklə, tibbi bankaları yalnız həkimin müayinəsindən sonra və həkimin icazəsi ilə istifadə etmək olar. Əks halda siz xəstənin sağlamlığına ziyan vura bilərsiniz.

    alinti..
#10.11.2015 22:16 0 0 0