Mamed ve Memed adlarinin vahid formas deyisib - Mehemmedir

Son güncelleme: 11.11.2015 11:36
  • adların düzgün yazılışı - adların kökü - Mamed adının kökü
    noimage
    “Azərbaycanda Mamed və Məmməd adlarının vahid forması kimi Məhəmməd adı müəyyən olunub”.

    Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

    O bildirib ki, bununla bağlı bu günlərdə qərar qəbul olunub.

    Sədr müavini qeyd edib ki, qərarla bağlı “ASAN Xidmət” mərkəzlərinə məlumat verilib: “Təsəvvür edin ki, bir ailədə həm Mamed, həm Məmməd, həm də Məhəmməd adında uşaqlar var. Əslində Mamed və Məmməd adlarının kökü elə Məhəmməddir. “ASAN xidmət” mərkəzlərindən də bizə tez-tez müraciət edirdilər ki, Mamed adının düzgün yazılış qaydasını bilmirik. Artıq bununla bağlı qərar qəbul olunub və vahid ad kimi Məhəmməd seçilib”.

    alıntı
#11.11.2015 11:36 0 0 0