İsveçdə sahibəsini yanğından xilas edən Nalle adlı pişik qəhrəman elan edilib.
Musavat.com-un məlumatına görə, bu barədə lenta.ru saytı xəbər yayıb. Xəbərə görə, ev heyvanı bu titula ölkənin milli kanalı olan SVT-dəki axşam şousunda layiq görülüb. Pişik Karlskrun şəhərində yaşayan 23 yaşlı sahibəsi Anni Narvefoşu sonuncunun telefonu tüstülənməyə başlayan kimi oyadıb. Qız danışır ki, yuxudan ayılan kimi yanmış plastik qoxusunu duyub və təzəcə başlamış yanğının qarşısını alıb. Baş vermiş son olaydan sonra pişik İsveçdə sosial şəbəkənin sevimlisi olub, kanal SVT Nalleyə təltifnamə, mükafat, eləcə də hədiyyələr təqdim edib.
Pişiyin sahibəsi Anni isə deyib ki, baş vermiş yanğından sonra gecələr telefonunu şarja taxmağa qorxur. 23 yaşlı gənc yaşlılara qulluq etməklə dolandığını deyib. İsveçlinin dediyinə görə, pasiyentlərindən çoxu pişiyinin bu hərəkəti barədə mediadan xəbər tutub və telekanallardan da onu izləyiblər.