"Ermənistan vətəndaşlarının mövcud vəziyyətə qarşı üsyan etməkdən başqa yolu yoxdur".
Bunu ölkə parlamentindəki "İrs" fraksiyasının deputatı Zarui Postancyan noyabrın 20-də keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, ölkə vətəndaşları şəxsi həyatlarını müəyyənləşdirmək gücündə deyil: "Hakimiyyət buna imkan vermir. 2016-cı ilin dövlət büdcəsi layihəsi ölkə əhalisinin ehtiyac içində yaşayan hissəsinin minimal tələblərini belə ödəmir. Bundan yeganə çıxış yolu Ermənistanda həyatın sistemli dəyişdirilməsidir. Ona qədər isə hakimiyyət ədalətli seçki keçirəcəyinə təminat verməlidir. Hərəkatın ümumi lideri bir nəfər olmamalıdır. Hər kəs öz yerində lider olmalıdır".