Kənd çolpasından şorba resepti

Son güncelleme: 20.11.2015 12:44
  • Kənd çolpasından şorba resepti - Kənd çolpasından şorba terifi ve terkibi - Kənd çolpasından şorba nece hazirlanir?

    noimage

    Tərkibi:
    5-6 tikə kənd çolpası
    125 qr yumru düyü
    2 ədəd kiçik kartof
    1 ədəd soğan
    100 qr kərər yağı
    keşniş
    şüyüd
    sarıkök
    duz

    Hazırlanması:
    1. İnqridientlər hazırlanır.
    2. Çolpa hissələri yuyulur, üzərinə su əlavə olunur.
    3. Qazan qaza qoyulur. Çolpanın bişməyinə az qalmış qazdan götürülür.
    4. Qazanın suyu qızdıqca suyun üzərinə ətin köpüyü yığılacaq. Köpük qaşıqla yığılıb atılır.
    5. Çolpa bişənə kimi soğan xırda kub şəklində doğranılır.
    6. Yemək bişirilən qazana yağ və doğranılmış soğan əlavə olunur, soğanın rəngi dəyişənə kimi qızardılır.
    7. Soğanın rəngi qızılı-sarı olduqda çolpa hissələri və suyu qazana əlavə olunur.
    8. Kartof kub şəklində doğranılır yeməyə əlavə olunur.
    9. Şorba qaynadıqda düyü yuyulub yeməyə əlavə olunur.
    10. Zövqə görə duz əlavə olunur.
    11. Şorbanın daha da ətirli və rənginin gözəl olması üçün az miqdarda sarıkök əlavə olunur.
    12. Keşniş, şüyüd xırda doğranılır.
    13. Şorbanın düyüsü, kartofu bişdikdə qazdan götürülür. Süfrəyə verilərkən üzərinə doğranılmış göyərti səpilir.

    Nuş olsun!

    alinti...
#20.11.2015 12:44 0 0 0