Sellülitdən yaxa qurtarmağın ən asan yolları

Son güncelleme: 21.11.2015 16:36
  • Gözəllik sirləri - Sellülit - Sellülitt nedir? - Sellülitdən nece yaxa qutara bilerik?

    noimage

    Sellülit qadın dərisinin toyuq dərisinə və ya portağal qabığına oxşaması deməkdir. Sellülit 20 yaşlı cavan qadının bədənində də yarana bilər. Sellülitə qalib gəlmək və qadınların nifrət etdiyi bu qüsurdan tamamilə azad olmaq mümkündür!

    Bunun üçün təkcə antisellülit kremlərlə kifayətlənmək olmaz. Sellülitdən yaxa qurtarmaq istəyən xanımlar gərək həm qidalanmalarına fikir versinlər, həm də fiziki işlə məşğul olsunlar. Ciddi pəhrizlərə riayət etməklə, qısa zamanda 5 - 10 kilo çəkidən azad olmağa həvəs göstərməyin. Unutmayın ki, artıq çəkinin itirilməsi sellülitdən yaxa qurtarmaq üçün kifayət deyil. Bunun üçün idman, pəhriz, ətirli yağlarla masaj və vannalar qəbul etmək gərəkdir.

    Son dövrlər bu problemdən o qədər çox söhbət açılır ki, xanımlar onun həllini mümkünsüz hesab etməyə başlayıblar. Təbii ki, sellülitin qarşısını almaq üçün əvvəlcə qida rejiminə diqqət yetirilməlidir. Əgər sellülitə qarşı mübarizə aparmaq istəyirsinizsə, onda menyunuzu kalium, kalsium, sink, selen, bal və vitaminlərlə bol edin. Diyetoloqlar bildirirlər ki, qidalanma rejiminə riayət etməklə sellülitə qarşı hücuma keçə bilərsiniz.

    Əvvəla, soyuq və isti yeməklərin ardıcıllığını qoruyun. Qəlyanaltı zamanı banan, avokado, müxtəlif meyvələr yeyin. İsti xörəkləri axşama saxlasanız, yaxşı olardı. Soyuq xörəklərdən isə nahar zamanı istifadə edin. Yağlı və qızardılmış xörəklərdən imtina etməyə çalışın.

    Çiy halda yeyilməsi mümkün olan ərzaqları bişirmədən yeyin. Pomidor, xiyar, bibər, göyərtilər, kök, bir sözlə, meyvə-tərəvəzləri çiy şəkildə yeyin. İnsan orqanizmi vitamin və mineral maddələri nə qədər çox qəbul edərsə, daha sağlam olar. Tərəvəzlər qidalandırıcı maddələrlə zəngin olmaqla yanaşı, həm də onların kalorisi azdır.

    Eyni zamanda, qısa vaxt çərçivəsində hamar dəriyə malik olmaq üçün ətirli yağların köməyi ilə bu problemi dəf etməyin sirlərini sizlərə açırıq. Ətirli yağlarla masaj sizin dərinizə əvvəlki hamarlığını qaytarmağa qadirdir. Qeyd edək ki, ətirli yağlarla masaj toxumaların mübadilə prosesini tezləşdirir, qanın və limfaların işini sürətləndirir. Ətirli yağlarla masaj qanın toxumalara axmasına kömək edir, maddələr mübadiləsini stimullaşdırır və regenerasiya prosesinə təkan verir. Həmçinin birləşdirici toxumalardan əsəbi və soyuqdəyməni götürməyə kömək edir. Adi masaj da eyni məqsədə xidmət etsə də, ətirli yağlarla bu proses 2-3 dəfə sürətli gedir.

    Ev şəraitində sellülit əleyhinə ətirli yağ hazırlamaq üçün resepti təqdim edirik: 10 damcı qreypfrut, 8 damcı ətirşah, 10 damcı berqamot, 3 damcı darçın, 5 damcı muskat yağını qarışdırın. Reseptin əsasında badam yağı dayanır. Bir çay qaşığı şirin badam yağı ətirli reseptinizi mükəmməl edəcək. Çünki badam yağının zərif tərkibi digər efir yağlarının həllini tezləşdirir.

    Təsadüfi deyil ki, ətirli yağların və kosmetik məhsulların hazırlanmasında badam yağından geniş istifadə edilir. Badam yağının tərkibinin zərifliyi onun kosmetologiyada geniş istifadəsinə səbəb olub.

    Məlumat üçün bildirək ki, badam yağı tərkibində yüngül yağ turşuları 78 faiz, azotlu maddələr 11 faiz olmaqla yanaşı, amin turşuları, vitaminlər, karotin, mineral maddələrlə zəngindir.

    Yeri gəlmişkən, qədim mənbələrə görə, əsrarəngiz Kleopatra badam yağını bədəninin dərisinə sürtməyi xoşlayırmış.

    Ətirli yağların tərkibinin bu zənginliyi sizin dərinizi hamarlaşdırmağa, zərifləşdirməyə qadirdir. Əgər sizə masaj üçün daha çox ətirli yağ lazım olarsa, yuxarıda göstərilən ölçüləri artırmaqla buna nail ola bilərsiniz. Sellülit olan nahiyələrin masaj edilməsi üçün peşəkar masajçılara müraciət etməyiniz məsləhətdir. Amma eyni zamanda, problemli nahiyələri özünüz də gün ərzində iki dəfə masaj edə bilərsiniz.
    Sellülitə əleyhinə vanna qəbul etmək də köməyinizə gələ bilər. Bunun üçün 1 stəkan südə bir neçə damcı sitrus meyvələrin (portağal, limon, qreypfrut) yağından damızdırın. Yaxşı qarışdırdıqdan sonra südə istənilən duzdan bir ovuc əlavə edin. Vannanı yarıya qədər isti su ilə doldurun və hazırladığınız məhlulu bu suya tökün. 15-20 dəqiqədən sonra su bir qədər soyuyacaq. Artıq vannaya daxil olmaq olar. Belə vanna qəbul edərkən problemli nahiyələrinizi masaj edə bilərsiniz.

    Həftədə bir dəfə belə vanna qəbul etmək, dərinizin xeyli zərifləşməsinə səbəb ola bilər.

    Efir yağları ilə vanna qəbul etmək istəyirsinizsə, onda aşağıdakı reseptə əməl edin. İsti su vannasına iki damcı sərv ağacının, rozmarinin, raziyanənin, ətirşahın və limonun yağını əlavə edin.

    Ətirli terapiya ilə məşğul olan mütəxəssislər yazırlar ki, raziyanə yağı digər yağlara nisbətən daha çox çəkinin itirilməsinə təkan verə bilər. Qədim mənbələrin yazdıqlarına görə, yunanlar və romalılar bu yağdan aclığa tab gətirmək məqsədilə istifadə edirmişlər. Qadınlar isə kökəlməmək üçün bu bitkini xörəyə əlavə edirmişlər. Bu bitki sidikqovucu təsirə malik olduğundan, orqanizmin əlavə maye ifraz etməsində əhəmiyyətli rola malikdir.

    alinti..
#21.11.2015 16:36 0 0 0