Lobya paştetindən rulet resepti

Son güncelleme: 21.11.2015 17:46
  • Lobya paştetindən rulet resepti - Lobya paştetindən rulet terifi - Lobya paştetindən rulet terkibi - Lobya paştetindən rulet nece hazirlanir?

    noimage

    Tərkibi:
    Xəmir:
    100 q kərə yağı və ya marqarin
    100 q xama
    1 yumurta
    2 st. un (500 q)
    2 ç.q. qabartma tozu
    1 çimdik duz

    İç:
    100 q salyami
    1 qabaq
    1 badımcan
    3 diş sarımsaq

    Üzərinə:
    100 ml qaymaq
    3 yumurta
    duz
    ədviyyat
    bərk pendir

    Hazırlanması:
    Yağı əridin, yumurta və xamanı əlavə edin. Az-az qabartma tozu və duzla qarışdırılmış un əlavə edin. Yumşaq xəmir yoğurun.

    Xəmiri 24-26 sm diametrli siniyə döşəyin. Kənarlarını qaldırın. İçində xəmir olan formanı soyuducuya qoyun.

    Xəmir soyuyanadək içi hazırlayın.

    Qabaq və badımcanı 0,5 sm qalınlıqda fal-fal doğrayın. Bitki yağında hər iki üzünü qızardın (yarımbişmiş olsun). Duz vurun.

    Salyamini xırda doğrayın.

    Qaymaqla yumurtaları qarışdırın, duz və ədviyyat əlavə edin. Yaxşıca qarışdırın.

    Qabaq və badımcan dilimlərini, salyamini xəmirin üzərinə dairəvi şəkildə növbələməklə düzün. Xırda doğranmış sarımsaq səpin. Yumurta-qaymaq qarışığını üzərinə tökün, sürtgəcdən keçirilmiş pendir səpin. Sobada 35-40 dəqiqə bişirin.

    Nuş olsun!

    alinti..
#21.11.2015 17:46 0 0 0