Cheesecake resepti

Son güncelleme: 21.11.2015 17:52
  • Cheesecake resepti - Cheesecake terifi - Cheesecake terkibi - Cheesecake nece hazirlanir?

    noimage


    Tərkibi:
    1 ədəd yumurta sarısı (otaq temperaturunda olacaq)
    2 ədəd yumurta
    800 qram labnə pendiri
    1+1/2 stəkan şəkər tozu
    1/4 stəkan süd qaymağı
    1 ədəd limon qabığı rəndəsi
    1,5 yemək qaşığı un (silə;)

    Altlıq üçün:
    3/4 stəkan yulaflı qurabiyə qırıntısı
    1/4 stəkan ərinmiş kərəyağı və ya marqarin.

    Hazırlanması:
    Əvvvəlcə Cheesecake altlıq hazırlanır. Əzilmiş qurabiyələr ilə əridilmiş yağ qarışdırılır. Bunlar qəlibin tabanına basdırılıb yerləşdirilir. Bundan sonra soyuducuya qoyulur və donması üçün gözlədilir.

    Duxovka 260 dərəcəyə isidilir.

    Pendir və toz şəkər birlikdə çırpılır. Yumurtalar tək tək əlavə edilir. Möhkəm qarışdırıldıqdan sonra un və qaymaq ilə birlikdə limon qabığı rəndəsi də əlavə edilir və yenə qarışdırılır. Artıq qarışıq qəlibə tökmək üçün hazırdır.

    Soyuducudan çıxardılan qəlibin xəmir yerləşdirilir və duxovkaya qoyulur. 260 dərəcədə təqribən 10 dəqiqə bişirilir. 10 dəqiqədən sonra duxovkanın temperaturu 100 dərəcəyə gətirilir. 100 dərəcədə 1 saat bişirilir. 1 saatdan sonra duxovkadan çıxardılır. İzqaranın üzərinə qoyulur və soyuması üçün burada gözlədilir. Tam soyuduqdan sonra soyuducuya qoyulur və burada bir gün gözlədilir.

    Soyuducuda bir gün gözləyən cheesecake servisə hazır olur.

    Nuş olsun!

    alinti..
#21.11.2015 17:52 0 0 0