Komodo əjdahaları

Son güncelleme: 21.11.2015 18:55
  • Heyvanlar - Heyvanlarin heyat terzi - Komodo əjdahaları - Komodo əjdahaları haqqinda

    noimage

    Komodo əjdahası adlandırılan varan dünyamın ən iri kərtənkələsidir. Onlar İndoneziyanın Komodo adasında və yaxınlıqdakı Djili Motanq və Rinka Flores adalarında yaşayır. Bu kərtənkələnin uzunluğu 2,5-3 metr, çəkisi 70 kiloqrama yaxın olur. Komodo varanını ilk dəfə XIX əsrin əvvəllərində adaya məcburi eniş edən holland təyyarəçisi aşkarlayıb.

    Komodo varanları tənha həyat tərzi sürür və yalnız qidalanma və cütləşmə zamanı qruplar halında toplanırlar. Qısa məsafəyə qaçış zamanı varan saatda 20 kilometrə qədər sürət yığa bilir. Hündürlükdə (məsələn, ağaclarda) yerləşən qidanı əldə etmək üçün quyruğundan dayaq kimi istifadə edib arxa ayaqları üzərinə qalxır. Balaları ağaclara məharətlə dırmanır və vaxtlarının çoxunu orada keçirirlər.

    Uzun, qarmaqvarı və iti caynaqları olan güclü pəncələri vasitəsi ilə qazdıqları 1-5 metr uzunluqda olan yeraltı yuvalarda daldalanırlar. Kiçik varanlar ağac koğuşlarında da məharətlə gizlənə bilirlər. Təbii şəraitdə yetkin varanların düşməni yoxdur. Balaları isə bəzən ilanların və quşların şikarına çevrilir.

    Təbiətdə Komodo əjdahası təxminən 50 il yaşasa da, heyvanxanada onun ömrü 25 ildən uzun olmur. Komodo varanları həşərat, xərçəng, balıq, dəniz tısbağası, kərtənkələ, ilan, quş, siçan və kəsəyənlə qidalanırlar. Onlar hətta maral, qaban, vəhşi it, keçi, camış və atları da yeyə bilirlər. Marala və ya qabana pusqu quraraq onları yaralayan varan daha sonra şikarını qan zəhərlənməsindən ölənə qədər izləyir. Varanlar quyruqlarında yığılan piy ehtiyatından istifadə edərək bir neçə həftə qidalanmadan yaşamağı bacarırlar. Gündüz ov edən bu nəhənglər gecə sığınacaqlarında yatırlar.

    Komodo əjdahası həm də məharətlə üzməyi bacarır. O, ensiz boğazları və çayları çətinlik çəkmədən keçə bilsə də, su üzündə 15 dəqiqədən artıq qala bilmir. Bu zaman ərzində sahilə çıxa bilməyən varan boğularaq ölür. Bu səbəbdən varanlar biri-birinə yaxın adalarda yayılıblar.

    Varanların insanlara hücum etməsi faktları qeydə alınsa da, bu, xarakterik deyil. Buna baxmayaraq Komodo adasındakı sürünənlərə tamaşa edən turistlər ehtiyatlı olmalıdırlar.

    alinti..
#21.11.2015 18:55 0 0 0