İlin günləri - Dünyada olan hadisələr - Tarixin bu gunu - Tarixdə bu gün nə ilə yadda qalıb?
ilə ilin 325-ci günü
İlin sonuna 40 gün qalır.
1877 — Tomas Edison səsyazan cihaz (fonoqraf) icad etdiyini bildirmişdir.
1905 — Eynşteyn məşhur E=mc2 düsturunu açıqlamışdır.
1955 — İran, Türkiyə, İraq, Pakistan və İngiltərə "Bağdad paktı" təçkilatını təsis etmişlər.
1956 — BMT sovet qoşunlarının Macarıstana daxil olmasını pisləmişdir.
1957 — Xəzər dənizində fırtına nəticəsində Mixail Kaveroçkin və Süleyman Bağırovun rəhbərlik etdiyi 21 nəfərlik iki neftçi briqadası həlak olub.
1958 — Şarl de Qoll Fransa prezidenti seçilmişdir.
1990 — Naxçıvan MR Ali Məclisi 20 yanvar hadisələrinə siyasi qiymət vermişdir.
1991 — Fransız səyyahı Jerar Abovil ilk dəfə qayıqla Sakit okeanı keçmişdir. Yaponiyadan Vaşinqtonadək 10 135 km məsaəfni o, avar çəkməklə 134 günə qət etmişdir.
1992 — Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təşkil edilmişdir.
1994 — Əhalinin sosial müdafiəsi Fondu təsis edilmişdir.
1994 — Parisdə keçirilən iclasda ATƏM-in adı dəyişilərək ATƏT olmuşdur.
1995 — Serbiya, Xorvatiya və Bosniya prezidentləri "Deyton sazişi"ni ratifikasiya etmişlər.
1996 — BMT-nin qərargahında ilk dəfə Beynəlxalq televiziya forumu keçirilmişdir.
2007 — Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstan hissəsinin təməli qoyulmuşdur.
2008 — İstanbulda Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının I konfransı keçirilmişdir.