Tarixdə bu gün - 24 noyabr 2015

Son güncelleme: 24.11.2015 01:02
  • İlin günləri - Dünyada olan hadisələr - Tarixin bu gunu - Tarixdə bu gün nə ilə yadda qalıb?

    noimage

    ilin 328-ci günü
    İlin sonuna 37 gün qalır

    1642 — Holland səyyahı Abel Tasman Avstraliya ətrafında adalar qrupunu kəşf edib. Bu ərazi sonradan onun şərəfinə Tasmaniya adaları adlandırılıb.
    1798 — Fransada əmlak vergisinə əlavə olaraq “Qapı və pəncərə vergisi” də tətbiq edilib.
    1859 — Çarlz Darvinin “Növlərin mənşəyi” kitabı nəşr edilib. Kitabın ilk tirajı bir gündə satılıb.
    1928 — Türkiyə Böyük Millət Məclisi Qazi Mustafa Kamala “Baş müəllim” dərəcəsi verib.
    1934 — Soyad qanunu qəbul edildikdən sonra Türkiyə prezidenti Qazi Mustafa Kamala Atatürk adı verilib.
    1945 — BMT rəsmən fəaliyyətə başlayıb. Təşkilatın Nizamnaməsi ratifikasiya olunub.
    1951 — Fransız tədqiqatçısı kapitan İv Kusto ilk dəniz səyahətinə çıxıb.
    1961 — BMT nüvə silahından istifadəni qadağan edən qətnamə qəbul edib.
    1969 — ABŞ və SSRİ nüvə silahını yaymamaq haqqında saziş imzalayıb.
    1995 — Azərbaycan Respublikası Bruney ilə diplomatik əlaqələr qurmuşdur.
    1988 — Sovet rəhbərliyinin qərarı ilə Azərbaycan SSR-in Bakı, Sumqayıt və Gəncə şəhərlərində komendant saatı tətbiq edilib.
    1992 — ABŞ Konqresi “Azadlığı Müdafiə Aktı”na 907-ci əlavəni qəbul edib.
    2006 — Mehriban Əliyeva İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülüb.
#24.11.2015 01:02 0 0 0