Dünən türkiyəli müğənni Ayda Mosharraf Bakıda səhnəyə çıxıb.
Axşam.az-ın məlumatına görə, ifaçı karyerası və planları haqda danışıb:
"Hazırda ingiliscə mahnılar üzərində işləyirəm. Tez-tez serial və film təklifləri alıram. Ola bilsin ki, birində iştirak edim".
Ayda keçən il "O səs Türkiyə"nin qalibi olan azərbaycanlı müğənni Elnur Hüseynovu izlədiyini də deyib:
"Əvvəldən izləməmişdim. Sonra bildim ki, yarışmada bir Azərbaycan türkü var. Sonlara doğru Elnurun çıxışlarını izlədim. Çox yaxşı ifa edirdi, bəyəndim".
O, yerli estradamız və müğənnilərimiz haqda fikirlərini bildirib:
"Azərbaycan müğənnilərindən Aygün Kazımova və Röyanı tanıyıram. Bu gün tamaşaçılara sürprizim var. Səhnədə "Sarı gəlin"i ifa edəcəyəm".
Qeyd edək ki, "VI THE FIRST" mükafatlandırma mərasiminə qatılan müğənni sevilən mahnıları ilə yanaşı azərbaycanca "Sarı gəlin"i səsləndirib.