Sehrin batil olması üçün dua

Son güncelleme: 28.11.2015 17:02
  • Dua - Dualar - Dua etmek - Sehrin batil olması üçün dua dinle

    noimage

    Ərəbcə

    بِسْمِ اللهِ وَ بِاللهِ، بِسْمِ اللهِ وَ مَاشَاءَ اللهُ، بِسْمِ اللهِ وَ لاحَوْلَ وَلاقُوَّةَ اِلاََّ بِاللهِ، قَالَ مُوسَى مَا جِئْتُمْ بِهِ السِّحْرُ اِنَّ اللهَ سَيُبْطِلُهُ، اِنَّ اللهَ لايُصْلِحُ عَمَلَ الْمُفْسِدينَ، فَوَقَعَ الْحَقُ وَ بَطَلَ مَا كَانُوا يَعْمَلُونَ، فَغُلِبُوا هُنَالِكَ وَانْقَلَبُوا صَاغِرين
    اِنَّ رَبَّكُمُ اللهُ الَّذي خَلَقَ السَّمَاوَاتِ وَالاَرْضَ في سِتَّةِ اَيَّامٍ، ثُمَّ اسْتَوَى عَلَي الْعَرْشِ، يُغْشِي اللَّيْلَ النَّهَارَ يَطْلُبُهُ حَثيثاً، وَ الشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُومَ مُسَخَّرَاتٍ بِاَمْرِهِ، اَلا لَهُ الْخَلقُ وَالاَمْرُ، تَبَارَكَاللهُ رَبُ الْعَالَمينَ، اُدْعُوا رَبَّكُمْ تَضَرُّعاً وَ خُفْيَةً، اِنَّهُ لايُحِبُّ الْمُعْتَدينَ، وَلاتُفْسِدُوا فِي الاَرْضِ بَعْدَ اِصْلاحِهَا، وَادْعُوهُ خَوْفاً وَ طَمَعاً، اِنَّ رَحْمَةَ اللهِ قَريبٌ مِنَ الْمُحْسِنينَ
    حَسْبِيَ اللهُ وَ كَفَى، وَ سَمِعَ اللهُ لِمَنْ دَعَا، لَيْسَ وَرَاءَ اللهِ مُنْتَهَى
    اَفَغَيْرَ دينِ اللهِ يَبْغُونَ وَ لَهُ اَسْلَمَ مَنْ فِي السَّمَاوَاتِ وَالاَرْضِ طَوْعاً وَ كَرْهاً، وَاِلَيْهِ يُرْجَعُونَ


    Oxunuşu

    Bismillahi və billah, bismil-lahi və ma şaəllah, bismillahi və la həvlə və la quvvətə illa billah, qalə Musa ma ci`tum bihis sihru innəllahə səyubtiluh, innəllahə la yuslihu əmələl mufsidin, fəvəqəəl həqqu və bətələ ma kanu yə`məlun, fə-ğulibu hunalikə vənqələbu sağirin
    İnnə rəbbəkumulləzi xələqəs səmavati vəl ərzə fi sittəti əyyam, summəstəva ələl ərş, yuğşil ləylən nəharə yətlubuhu həsisa, vəş şəmsə vəl qəmərə vən nucumə məsəxxəratin bi-əmrih, əla ləhul xəlqu vəl əmr, təbarəkəllahu rəbbul aləmin, ud`u rəbbəkum təzərruən və xufyəh, innəhu la yuhibbul mu`tədin, və la tufsidu fil ərzi bə`də islahiha, vəd`uhu xəvfən və təməa, innə rəhmətəllahi qəribun minəl muhsinin.
    Həsbiyəllahu və kəfa, və sə-miəllahu limən dəa, ləysə vəraəllahi muntəha.
    Əfəğəyrə dinillahi yəbğunə və ləhu əsləmə mən fis səma-vati vəl ərz, təv`ən və kərhən və iləyhi yurcəun.

    Tərcüməsi

    Həzrət Əmirəl-möminin Əlidən (ə;) nəql olunmuşdur ki, bu duanı ceyran dərisinə yazıb, özündə saxlasın:
    Allahın adı və Allahın köməyi ilə! Allahın adı və Allahın istəyi ilə! Allahın adı ilə! Allahdan başqa güc və qüdrət yoxdur. Musa dedi: "Sizin etdiyiniz (gətirdiyiniz) hər şey sehrdir. Allah, sözsüz ki, onu batil edəcəkdir. Allah fitnə-fəsad törədənləri sevməz! Artıq haqq zahir, onların uydurub düzəltdikləri yalanlar isə batil oldu. (Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər.
    Həmçinin Həzrət Peyğəmbəri-Əkrəmdən (s) şeytanların və cadugərlərin dəf edilməsi barəsində rəvayət olunmuşdur ki, "Səxrə” ayəsi oxunsun və o belədir:
    Həqiqətən, sizin Rəbbiniz göyləri və yeri altı gündə (altı günə bərabər bir müddət ərzində, yaxud altı gecə-gündüzdə, yaxud da altı mərhələdə;) yaratmış Allahdır. Sonra (varlıq aləminin idarə;) taxt(ın)a hakim oldu. O, gecəni (pərdə kimi) gündüzə bürüyür. Belə ki, gecə daim gündüzü tələb edir və gündüz daim gecəni axtarır. (Sonsuz fəzada) Onun əmrinə ram və təslim olan gecəni, ayı və ulduzları yaratdı. Bil ki, yaradılış və (bütün yaradılmışlara ən təsirli) əmr Ona məxsusdur. Aləmlərin Rəbbi Allah sabit, əbədi və çox bərəkətlidir. Rəbbinizi yalvarıb-yaxararaq gizlin çağırın (və istəməkdə ağıl çərçivəsindən çıxıb həddi aşmayın). Həqiqətən, O, həddi aşanları sevmir. Yer üzündə onun (peyğəmbərlər və səmavi şəriətlər vasitəsilə;) düzəlməsindən sonra (küfr və fisqlə;) fəsad törətməyin və Onu qorxu və ümidlə çağırın ki, həqiqətən, Allahın rəhməti yaxşılara və yaxşılıq edənlərə yaxındır.
    Yenə də Hz. Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunmuşdur: "İsfənd” ağacının yarpaqları və dənələri solub aradan gedənə qədər, onların hər birinə bir mələk vəkil olur və onların hər bir dənəsində yetmiş dərdə dərman və şəfa vardır. Buna görə də həmişə ondan meyl edin.
    Nəql olunmuşdur ki, İmam Rza (ə;) bir şəxsin huşsuz olduğunu gördükdə, su olan bir qaba "Həmd”, "Fələq” və "Nas” surələrini oxuyub, su ilə onun başını və üzünü yumağı göstəriş verdi. Belə etdikdə, həmiş şəxs huşa gəldi. İmam ona buyurdu: "Artıq bu xəstəlik sənə üz gətirməyəcək.”
    Hz. Peyğəmbərdən (s)-dən belə nəql olunmuşdur: Əgər cin bir daş atsa, həmin daşı götürüb, daşın atıldığı yerə tərəf atın və deyin:
    Allah mənə yetər və bəs edər. Allah, Onu çağıranın səsini eşitdi. Allahdan üstün bir yer yoxdur.
    Eləcə də cinnlərin şərrindən uzaq olmaq üçün evdə toyuq, xoruz, göyərçin və keçi balası saxlamaq çox yaxşıdır. İmam Sadiq (ə;) bu məsələ ilə əlaqədar buyurmuşdur: "Əlini başına qoyub uca səslə desin:
    Yoxsa onlar Allahın dinindən başqasını axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir kəs istər-istəməz (fitri olaraq) Onun qarşısında təslimdir. (Buna görə də, ixtiyari təslimçilik olan din də Ona məxsus olmalıdır.) Hamı Ona tərəf qaytarılacaq.
    Həmçinin nəql olunmuşdur ki, səhranın qorxulu və vəhşətli yerlərində (qorxan şəxs) uca səslə azan desin.

    Burunda qan axma

    Burundan axan qanın qarşısını almaq üçün başa və alına soyuq su tökülsün.

    Kitabın adı: Məfatihul Cinan
#28.11.2015 17:02 0 0 0