Serler - Kövrəltdi məni seri - Elnure Agazade serleri
Bir nəğmə dinlədim kövrəltdi məni
Yaman qəmli idi sözləri dərdli
Yenə yada düşdü sənli günlərim
Bir kaman simləri kövrəltdi məni
Bir nəğmə sevginin qəmli bir notu
Qəlbimə sancılıb açır bir yara
Bir nəğmə köklənmiş hicranın üstə
Yarımçıq bir vüsal kövrəltdi məni
Nəğməni səslədən müğənninidə
Görən sevgi ox dəymişmi daşa
Bir fəryad var idi səsində onun
Yarımçıq bir vüsal kövrəltdi məni
Mən qibtə edirəm o müğənniyə
Öz eşqin nəğmətək gətirir dilə
Mən yazıq deyirəm gizli eşqimə
Bi yara qəlbimdə ağlatdı məni
Bir nəğmə dinlədim bitməsin nəğmə
Kamanın simləri qırılanadək
Bir nəğmə istərəm muğamı segah
Ağlasın gözlərim korolanadək
Bir nəğmə dinlədim ovsunmuş sanki
Bir sehrə düşdümki sənsən açarı
Bir nəğmə dinlədim səninlə sənsiz
Həsrətin nə yaman kövrəltdi məni.