Ayətül-Kürsi Mənası və fəziləti

Son güncelleme: 09.12.2015 19:45
  • Ayətül-Kürsi oxunuşu ilə - Mənası və fəziləti

    "Allahdan başqa heç bir tanrı yoxdur. Diridir, qəyyumdur. O nə mürgü, nə də yuxu bilər.
    Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan Onun hüzurunda kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir (O, göylərə, yerə, bütün kainata hökm edir). Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!”(əl-Bəqərə, 2/255)
    Oxunuşu (transkripsiyası):
    [Allahu lə iləhə illə huvəl-hayyul-qayyum. lə tə`xuzuhu sinətun vələ nəum. Ləhu mə fis-səmavati və mə fil-ard. Mən zəlləzi yəşfə`u indəhu illə bi iznihi, yə`ləmu mə beynə əydihim və mə xalfəhum. Və lə yuhiytunə bişeyin min ilmihi illə bimə şəə. Vəsia kursiyyuhus-səmavati vəl-ard. Və lə yauduhu hifzuhumə, və huvəl-aliyyul-azim.]

    [video=youtube_share;EstMqrDT1Tw]https://youtu.be/EstMqrDT1Tw[/video]

    Ayətül-Kürsi olaraq adlandırılan bu ayə sanki uca dinimiz İslamın əsası və xülasəsi kimidir. Ayət ül-Kürsi uca Rəbbimizi bizə ən gözəl şəkildə tanıdan bir ayədir. Biz Allahın qulları olaraq ona qarşı vəzifələrimizi ancaq Onu tanıyaraq yerinə yetirə bilərik. İbadət etdiyimiz, hər şeyin yaradıcısı və yaşadıcısı Rəbbimizə layiq insanlar olmağın yolu onu tanımaqdan keçər.
    Bu ayənin biz müsəlmanların həyatında böyük bir yeri var. Müqəddəs Kitabımız Quran əsl mövzusu olan Rəbbimizi və Onun birliyini izah edir. Ayədə tövhid inancının əsasları açıq bir şəkildə ifadə edilmişdir.
    Ayətül-Kürsi cəmi on cümlədir. Bu ayə bizə bunları xəbər verir: Allah- Taala birdir. O daim diridir. Mürgüləmə və dalğınlıq kimi insana aid sifətlərdən uzaq olub, kainatı öz idarəsində saxlayır. Onun icazəsi olmadan kimsə şəfaət edə bilməyəcək. Onun biliyi əzəl və əbədi əhatə edir. Qüdrəti ərz və səmalan əhatə edir. Zatı çox ucadır.
    ”Ayətül-Kürsi” haqqında sevimli Peyğəmbərimizin (s.ə.s.) hədisləri var. Həzrət Peyğəmbər (s.ə.s) Übey ibn Kəbdən “Allahın kitabında hansı ayə ayələrin ən böyüyüdür”,- deyə soruşub “Ayətül-Kürsidir”,- cavabını alınca da çox sevinmiş və səhabəsini bu cavaba görə təbrik etmişdir.
    Bir başqa hədisində sevimli Peyğəmbərimiz belə buyurmuşdur:
    ”Quranın ən fəzilətli ayəsi Bəqərə surəsindəki Ayətül-Kürsidir. Bu ayə bir evdə oxunduğu zaman şeytan oradan uzaqlaşar.’’
    Yenə sevimli Peyğəmbərimiz (s.as.) xüsusilə fərz namazların arxasından, axşam, səhər və yatağa girəndə bu ayənin oxunmasını tövsiyə etmişdir.
    Ayətül-Kürsinin səhər-axşam dua olaraq oxunması da tövsiyə edilmişdir. Bu ayə şəfa və qorunmağa da vəsilə edilmişdir. Həzrət Peyğəmbər (s.ə.s.) “Yatağına girərkən onu oxuyan kimsəni Allahın qoruyacağını və şeytanın ona yaxınlaşa bilməyəcəyini’’ bildirmişdir. Bu ayənin içində Allahın ən uca adı var (Müsnəd, VI, 461). Məhz bu fəzilətləri səbəbi ilə Ayətül-Kürsini namazların sonunda oxumağa çalışarıq. Ayrıca, namaz xaricində də tez-tez oxumağa cəhd göstərərik.
    Bir çox fəziləti olan bu uca ayəni oxumaq bizlər üçün böyük bir mükafat vəsiləsidir. Müsəlmanlar olaraq Ayətül-Kürsini çox oxuyaraq onu anlamağa və üzərində düşünməyə çalışaq. Yalnız Allaha ibadət edərək onun böyüklüyünə və ucalığına sığınaq.

    alinti...
#09.12.2015 19:45 0 0 0