Yumşaq ispanaqlı börək resepti

Son güncelleme: 09.12.2015 20:45
  • Dünya mətbəxi - Yumşaq ispanaqlı börək resepti - Yumşaq ispanaqlı börək terifi - Yumşaq ispanaqlı börək erzaqlari - Yumşaq ispanaqlı börək nece hazirlanir?

    noimage

    Tərkibi:
    İspanaqlı içlik üçün:
    5 xörək qaşığı zeytun yağı
    1 baş soğan, soyulmuş və doğranmış (çox da xırda yox)
    Təqribən 400 qram körpə ispanaq yarpaqları, yaxşıca yuyulmuş, qurudulmuş və iri doğranmış
    Duz və istiot

    Qatıqlı qarışıq üçün:
    2 stəkan qatıq
    3/4 stəkan zeytun yağı
    1 yumurta + 1 yumurta ağı (sarısı üstünə çəkmək üçündür)

    Qatlar üçün:
    3 iri yufka (yuxa) (1 paketdə adətən 3-5 türk yufka yuxası olur, adi nazik yuxadan da istifadə bilərsiniz)

    Üstü üçün:
    1 yumrta sarısı
    Çörəkotu, yaxud küncüt

    Hazırlanması:
    İçliyi hazırlayın: İri tavada zeytun yağını qızdırın. Soğan əlavə edib vaxtaşırı qarışdıraraq, rəngi dəyişməyə başlayanadək, təxminən 10 dəqiqə bişirin. İspanaq yarpaqlarını əlavə edin, təqribən 10 dəqiqə, vaxtaşırı qarışdıraraq bişirin. Suyu tamamilə buxarlanmalı, yalnız yağ qalmalı. Duz və istiot vurun. Odun üstündən götürüb kənara qoyun.
    Qatıqlı məhlulu hazırlayın: Orta boylu dərin qabda qatıq qarışımı üçün olan bütün ərzaqları qarışdırın. Yaxşı qarışması üçün qarışığı yüngülcə çalın. Kənara qoyun.
    Sobanı hazırlayın: Sobanı 200 dərəcəyədək qızdırın.
    Börəyi düzəldin: 33 x 23 x 5 sm ölçülü qabı (mən Pyrex qabından istifadə edirəm) azca yağlayın. Birinci yufkanı qaba elə döşəyin ki, kənarları qabdan çıxsın (daha yaxşı olar ki, kənara çıxan tərəflərdən biri o birindən böyük olsun ki, axırda bütün börəyin üstünü tam örtsün). Üstünə bərabər qaydada 5-6 xörək qaşığı qatıqlı qarışıqdan qoyun və yayın. İkinci yufkadan qabın içinə tam yerləşəcək qədər iri bir tikə kəsin. Və onu kənarda saxlayın.
    Yufkanın qalan hissəsini isə əlinizlə büzüşdürərək üstü qatıqla isladılmış birinci yufkanın üzərinə yayın. Yenə də üstünə bir neçə xörək qaşığı qatıq qarışımı qoyub yayın. İndi isə içliyi bərabər qaydada bu qatın üzərinə yayın. İçliyin üstündən bir az əvvəl kəsib saxladığınız iri yufka tikəsini elə yerləşdirin ki, içliyin üstünü tamamilə örtsün. Bu qatın da üzərinə bir az qatıq qarışımı sürtün.
    Sonuncu yufkanı da əlinizlə büzüşdürüb bu qatın üzərinə döşəyin. Əlimizdə olan qatıq qarışımından bir neçə qaşıq (börəyin üstü üçün) saxlamaqla qalan hissəsini bu qatın üzərinə sürtün. Qabdan sallanan yufka kənarlarını börəyin üzərinə gətirin və üstünü tam örtəcək şəkildə döşəyin.
    Börəyin üstü tamamlayın: Yumurta sarısını qalan qatıq qarışığına əlavə edib qarışdırın. Hazırladığınız yumurtalı qarışığı börəyin üzərinə sürtün. Üzərinə küncüt, yaxud çörəkotu səpin.
    Börəyi bişirin: Sobanın orta gözündə üzəri qızılı rəng alana qədər, 35-40 dəqiqə bişirin. Sobadan çıxarıb təxminən 15 dəqiqəliyinə soyumaq üçün kənara qoyun. 15 kvadrat hissəyə bölün. Süfrəyə vermək üçün bir buludun, yaxud iri boşqabın içinə yığın. Bu börək süfrəyə bir az ilıq halda veriləndə daha dadlı olur, amma tam soyumuş halda da gözəldir.

    Nuş olsun!

    alinti..
#09.12.2015 20:45 0 0 0