Saç düzləşdirilməsinin üsulları

Son güncelleme: 09.12.2015 21:20
  • Sac baximi - Saçlara qulluq

    noimage

    1. Saçınızı yuyun və nəmləndirin. Onu dəsmalla elə qurudun ki, hələ də nəm olsun, ancaq su damcılamasın. Əgər bu anda düzləşdirici serum əlavə etmək istəyirsinizsə, onu saçınıza yeridərək yumşaltmaq üçün barmaqlarınızdan istifadə edin. Saçınızı elə darayın ki siz onu burmağa başlayanda mümkün qədər düz olsun.

    2. Saçınızın bir topasını düz şəkildə ayırın. Həmin hissəni daraqdan keçirin. Diyircəyi saçınınızın uclarına qoyun və saçı onun ətrafına dolayın. Siz saçın həmin hissəsini başınızın dərisinə kimi tam doladıqdan sonra diyircəyi sancaq və yaxud qısqacla bərkidin. Bu prosesi bütün saçınız hissələrə ayrılıb dolanan qədər davam edin. Eyni cür dolama üsulundan istifadə edin ki, diyircəkləri çıxardıqda saçınız düz şəkildə aşağıya tökülsün.

    3. Saçınızı qurudun. Başqa düzləşdirmə üsullarında olduğu kimi, düzləşdirmə prosesini bitirmək üçün saçınızın tamamilə quru olması vacibdir. Ya çasınızı diyircəkli şəkildə havada qurudun, yaxud da onu qurutmaq üçün aşağı temple saç fenindən istifadə edin.

    4. Diyircəkləri çıxardın. Diyircəklərdən sancaqları açın və qoyun saçınız sərbəst tökülsün. O, hamar, parıltılı və düz olacaqdır.

    Digər Metodlar
    1. Təbii düzləşdirici vasitə hazırlayın. 1 yumurtanı 2 fincan südlə qarışdırın və mümkün qədər çox saçınıza yaxın. Bu saçınızdakı zülal bağlarını düzləşdirəcəkdir. Saçınızı 10 dəqiqə süddə saxlayın, sonra başınızı plastik örtüklə bağlayın və qoyun əlavə 30 dəqiqə də saçınıza tam otursun. Bundan sonra. Həmişəki kimi yuyun, ya saçınızı fenlə qurudun, yaxud da ventilyatorun qarşısında daraqla qurudun.

    2. Saçınızı bükün. Təzəcə yuyulmuş və daranmış saçı iki bərabər hissəyə bölün. Sol tərəfdəki hissəni qaldırın və onu başınızın üzərinə, sağ tərəfin üstündən dolayın. Onu başınızın ətrafına bükün və bir neçə yerdən saç sancağı ilə bərkidin. Sağ tərəfdəki hissəni qaldırın və və başınızın üzərindən digər tərəfə dolayaraq onu bir neçə yerdən saç sancağı ilə bərkidin. Saçınız tamamilə quruyanda sancaqları çıxarın və saçınızı düz şəkildə darayın.

    3. Saçınızı yığın. Təzəcə yuyulmuş və daranmış saçı iki və yaxud daha artıq bərabər hissəyə bölün. Saçınızı bağlamaq üçün yumşaq parça sıxaclardan istifadə edin. Birinci sıcaxı başınızın üzərində düz mərkəzində yerləşdirin. İkinci sıxacı düz birincinin altından əlavə edin. İki sıxac bir-birinə toxunmalıdır. Saçın bütün hissəsi ucuna kimi bağlanana qədər sıxacları əlavə etməyə davam edin. Saçın bütün hissələri üçün bunu təkrar edin.

    alinti..
#09.12.2015 21:20 0 0 0