İlin günləri - Dünyada olan hadisələr - Tarixin bu gunu - Tarixdə bu gün nə ilə yadda qalıb?
ilin 343-cü günü (uzun illərdə 344-cü). İlin sonuna 22 gün qalır.
1917 — İngiltərə ordusu Osmanlı dövlətinin tabeliyində olan Qüdsü işğal edib
1931 — İspaniyada İkinci Respublika yaradılıb
1941 — Çin, Yaponiya, Almaniya və İtaliya saziş imzalayıblar
1950 — Harri Gold atom bombasının sirlərini SSRİ-yə verdiyi üçün 30 il müddətinə azadlıqdan məhrum edilib
1961 — Tanzaniya müstəqillik qazanıb, Julius Nyrere prezident seçilib
1985 — BMT-nin üzv ölkələri yekdilliklə terrorizmin bütün formalarını cinayət kimi qiymətləndirən qətnamə qəbul ediblər
1990 — Polşada prezident seçkilərində Lex Valesa qalib gəlib
1992 — BMT Somalidə sülhməramlı əməliyyatlara başlayıb
1992 — İngiltərə şahzadəsi Çarlz və Şahzadə Diana ayrıldıqlarını açıqlayıblar
1996 — BMT İraq əhalisinə neft əvəzinə ərzaq vermək haqqında qətnamə qəbul edib
1997 — Klod Monenin "Truvildə çimərlik" tablosu 8,6 mln ABŞ dollarına satılıb
1998 — Rut Dreifuss İsveçrə Konfederasiyasının ilk xanım prezidenti seçilib
1998 — Arxeoloqlar Cənubi Afrikada yaşı üç milyon ildən çox olan ilk (bütöv) insan skeletinin tapıldığını bildiriblər
2003 — İraq Dövlət Şurası bəşəriyyətə qarşı cinayətlərdə günahlandırılan Səddam Hüseynin keçmiş rejimində yüksək vəzifə sahibləri olmuş şəxsləri araşdırmaq üçün xüsusi məhkəmə təşkil edib
2004 — Kanada Konstitusiya məhkəməsi eyni cinsdən olan insanların evlənmələrinin konstitusiyaya zidd olmadığı qərarını verib
2008 — Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi dəfn olunub.