Günün qoroskopu - 10.12.2015

Son güncelleme: 10.12.2015 11:08
  • Gündəlik Bürclər - Bu günə ulduzlar nə deyir

    Qoç - yeni bir layihənin başlanması üçün uğurlu gündür. Özünüzü kommersiya, yaxud yaradıcı sahələrin birində sınaya bilərsiniz. İşgüzar danışıqlar məhsuldar ola bilər.
    Ünsiyyət, insanların çox olduğu yerlərə getmək, ziyafətlərdə iştirak üçün yaxşı gündür. Yeni tanışlıqlar mümkündür. Yaxınlarınızla dil tapmaq isə istədiyiniz kimi asan deyil, xeyli tər tökməli olacaqsınız.

    Buğa - bu narahat günün çox hissəsini ailə qayğılarına və problemlərə həsr etməli olacaqsınız. Özünüzü tamamilə rutin işlərə həsr etməyin, çalışın, doğrudan da, xoşunuza gələn məşğuliyyət tapasınız. Dostlarla görüşlər, birlikdə gəzintilər əhvalınızı qaldırır, özünüzü daha yaxşı hiss etməyə kömək edir.
    Hansısa yeni, qeyri-adi münasibətlərin, hətta ciddi romantik macəranın başlanması mümkündür. Tamamilə başınızı itirərək, bütün şübhələri bir kənara atıb yeni hissə qapılırsınız. Nəticələri təxmin etmək həddən artıq çətindir.

    Əkizlər - sağlam düşüncəni yadına salan yoxdur. Yeni bir layihənin gerçəkləşdirilməsinə başlamaq olar. Ancaq bu zaman bilik və gücünüzü düzgün qiymətləndirməlisiniz. Uğura güvənməyin: qələbə üçün zəhmət çəkmək gərəkdir.
    İstədiyiniz hər şeyi dərhal əldə etmək hər zaman alınmır. Yalnız ən dözümlülər qazanacaqlar. Qohumlar arasında münasibətlər düzəlir, dostlar fikir ayrılıqları barədə unudur, sevgililər inciklikləri geridə qoyurlar. Qəfil təkliflər mümkündür.

    Xərçəng - heç də düşündüyünüz kimi pis gün deyil. Ciddi nailiyyət və başgicəlləndirici qələbə qazanacağınıza hazırlaşmayın. Çox mümkündür ki, bunların miqyası xırda olacaq, amma kefiniz korlanmayacaq. Qabaqlar böyük həvəslə başladığınız işə marağınız azalır. Bir az fasilə verib istirahət edin.
    Gəzintiyə, yaxud ekskursiyaya, ən yaxşısı - romantik səyahətə gedin. Şəraitin dəyişməsi və sevdiyiniz şəxslə birlikdə vaxt keçirmək imkanı çox faydalı olacaq. Bir çox Xərçənglərin kefini uşaqlarla ünsiyyət açacaq.

    Şir - şərait bəzən o qədər də yaxşı olmasa da, inadınız sayəsində çox şeyə nail olursunuz. Tez-tez özünüzü nahaqdan riskə ataraq düşünülməmiş hərəkətlər edirsiniz. Pul ala bilərsiniz.
    Bu gün Şirlərin çoxu həyatlarında nəyisə dəyişməyin vaxtı gəldiyini düşünəcəklər. İntuisiyanızın dediklərini dinləsəniz, pis olmaz, o, sizə doğru yol seçməkdə kömək olacaq. Axşam yaxşı xəbərlər alacaqsınız. Bəzi Şirlərə isə yol görünür.

    Qız - parlaq, yaddaqalan gündür. Nikbin, mərhəmətli, cazibədar və həyatsevərsiniz. Təəccüblü deyil ki, çoxları vaxtlarını sizinlə keçirmək istəyirlər. Xeyli maraqlı təklif alırsınız. Yaradıcı potensialınız yüksəkdir, cari problemlərin orijinal həll yollarını tapırsınız.
    Bir çox Qızlar bu gün aşiq olur, başlarını itirirlər. Sizi xeyli romantik macəra gözləyir. Sevgilisi olanlar isə bu gün öz yarlarını sevindirmək üçün imkan tapacaqlar.

    Tərəzi - ciddiləşin, o zaman heyrətamiz nəticələr qazana bilərsiniz. Nailiyyətləriniz inanılmaz ola bilər, ancaq bu zaman gərək xırdalıqları unutmayasınız, başqalarının diqqət yetirmədiklərini görməyə çalışın. Güclü intuisiyanız və fərasətiniz sayəsində düzəldilməsi mümkün olmayan səhvlərdən qaçacaq, yumorun hesabına isə ətrafdakılarla münasibətləri yumşaldacaqsınız.
    Kütlə qarşısında çıxışlar və ictimai tədbirlərdə iştirak üçün münasib gündür. Yeni tanışlıqlar xeyrinizədir. Buna baxmayaraq, bu gün rastlaşacağınız insanlar sizdə güclü təəssürat yaratmayacaqlar.

    Əqrəb - mərhəmət və əliaçıqlıq göstərib, ehtiyacı olanlara qayğı göstərməyə, çətin şəraitdə qalan insanlara yardım etməyə meyllisiniz. Sizin layiqli davranışınız mükafatsız qalmır. Hadisələrin uğurlu inkişafı çoxdankı ideyalarınızı gerçəkləşdirməyə imkan verəcək.
    Yeni biliklər öyrənməyə, dünyagörüşünüzü genişləndirməyə çalışın. Yeni maraq və hobbilərinizin yaranması mümkündür. Kimi istəsəniz, özünüzə aşiq edə bilərsiniz, ancaq bir dəqiqə də olsun, soyuqqanlılığınızı itirməyəcəksiniz.

    Oxatan - özünüzə qarşı tələbkarsınız. Bu, çox faydalıdır, çünki öz hisslərinizi ayırd etməli, bu yaxınlarda etdiyiniz hərəkətləri yenidən qiymətləndirməlisiniz. Əsas odur ki, öz nailiyyətləriniz barədə unutmayasınız, yoxsa əhvalınız korlanacaq. Özünüz özünüzü tərifləyin, yaxud bunu səmimi qəlbdən edən birini tapın.
    Bu günə geniş əhatəli planlar qurmayın, cari problemlərin həllilə məşğul olun. Bəzi Oxatanlar nüfuzlu hamilər tapır, bəziləri, nəhayət ki, maaşlarının artmasına nail olurlar.

    Oğlaq - bir çox planlar pozula bilər, ancaq çətin ki, bu, kiminsə qanını qaraltsın: şəraitə alışmaq məcburiyyəti, nədənsə, qıcıq deyil, entuziazm yaradır.
    İdeyalarla bölüşmək, onları müzakirəyə çıxarmaq, həmçinin həmfikir axtarmaq olar. Hədiyyələr, xoş sürprizlər mümkündür. Təmtəraqlı tədbirlər və ziyafətlər əla keçir. Sənət əsərləri, eksklüziv zinət əşyaları ala bilərsiniz.

    Dolça - gözlənilməz kəşflər və faydalı tapıntılar günüdür. Məntiqlə intuisiya arasında balansı tapınca rəqibləriniz qarşısında 1:0 üstünlük qazanacaqsınız. Qəfil xəbərlər sizə ilham verir, hiss edirsiniz ki, çox şeyə qadirsiniz.
    Cazibəniz artır, insanlar sizə doğru can atırlar. Yeni dostlar, yaxud ömür-gün yoldaşı tapa bilərsiniz. Pulgir olmayın: bu gün pul dalınca qaçmağınız qətiyyən məsləhət deyil, həyatda daha dəyərli şeylər var.

    Balıqlar - asan gün deyil. Baş sındırmalı olacaqsınız və intellektual zəhmət sizə xeyli həzz verəcək. Üstəlik, nəhayət ki, problemlərin həllini tapacaqsınız. Yəni özünüzlə qürrələnməyə daha bir imkan yaranır.
    Mənasız söhbətlərə, birbaşa sizin həyatınıza aid olmayan məsələlərin müzakirəsinə vaxt ayırmayın. Bir yerdə oturmayıb, iş görsəniz, çox gözəl olar. Günün ikinci yarısı uğurlu səfər gözlənilir. Pul, hədiyyə ala bilərsiniz.

    alıntı
#10.12.2015 11:08 0 0 0