Qatıqlı qovrulmuş bibər salatı resepti - Qatıqlı qovrulmuş bibər salatı tərifi ve tərkibi - Qatıqlı qovrulmuş bibər salatı necə hazırlanır
Tərkibi:
4-5 ədəd rəngli bibər
2 çay qaşığı duru yağ
1 yemək qaşığı tomat
1 çay qaşığı istiot
3 stəkan qatıq
2 diş sarımsaq
1 yemək qaşığı sirkə
1 çay qaşığı şəkər tozu
1 stəkan isti su
Duz
Hazırlanması:
Bibərləri kiçik-kiçik doğrayın. Duru yağı qızdırıb bibərləri az odda tez-tez qarışdıraraq qovurun. Sonra bibərləri duru yağın içindən süzərək alın. Yağı yenidən oda qoyub tomatı əlavə edin və qoxusu çıxana kimi qarışdırın. İstiot və bibəri tomatın üzərinə əlavə edib qarışdırın. Suyunu tökün. Sirkə, şəkər tozu, duz da qatın. Tündləşənə kimi bişirib oddan götürün
Sarımsaqları soyub əzin və az duz əlavəsi ilə qatıqla qarışdırın. Sarımsaqlı qatığı salat qabının altına tökün. Üstünə tomatlı sousu tökün. Üzərindən qovrulmuş bibərləri əlavə edin.