Butoyaş salatı resepti - Butoyaş salatı tərifi ve tərkibi - Butoyaş salatının hazırlanması
Tərkibi:
1 ədəd yaşıl bolqar bibəri
3-4 ədəd pomidor
200-300 q pendir
1 paket suxarı
1-2 x.q limon şirəsi
3 x.q duru yağı
Göy soğan yarım dəstə
1/2 banka zeytun
50 q yaşıl noxud
Bir az göyərti
Duz
İstiot
Hazırlanması:
Bibər kub şəklində doğranılır.
Pomidor da kub şəklində doğranılır.
Göy soğan da xırda doğranılır.
Göyərtilər də xırda doğranılır. Hamısını böyük bir qaba töküb qarışdırın.
Pendir də kub şəklində doğranılır.
Yaşıl noxudu və zeytunu da üzərinə əlavə edin.
İndi isə bir balaça qabda duz, istiot, sirkə və duru yağı qarışdırın və salatın üzərinə əlavə edin.
Suxarıları süfrəyə verən zaman salatın üzərinə qoyun.
Salatımız hazırdır.