Dəstəmazlı adam yemək yeyəndə dəstəmaz pozulurmu?

Son güncelleme: 05.01.2016 15:42
  • Dini yazılarda - Dəstəmaz - Dəstəmaz almaq - Hansımız düzgün dəstəmaz alırıq?

    noimage

    Dəstəmazlı adam yemək yeyəndə dəstəmaz pozulurmu?

    Dəstəmazı pozan əməllər şəriətdə dəqiq şəkildə göstərilib. Bunların arasında yemək və içmək qeyd edilməyib. Yeyib-içmək dəstəmazı pozmaz. Hətta dəstəmaz ala-ala nə isə yemək və içmək də dəstəmazı pozmaz. Yəni adam dəstəmaz almazdan əvəl ağzına yemək qoysa, sonra onu çeynəyə-çeynəyə dəstəmaz alsa və yaxud dəstəmaz alan zaman üzünə vurduğu sudan bir az ağzına getsə, dəstəmaz öz qüvvəsində qalır.İki namazın arasında da yemək və içmək icazəlidir. Amma yeyəndən sonra namaza başlamazdan əvvəl ağzını yaxalaması məsləhətdir ki, qida qırıntıları ağzından təmizlənsin.

    alıntı..
#05.01.2016 15:42 0 0 0