Zəlimxan Yaqub I Fəxri Xiyabanda dəfn olundu

Son güncelleme: 11.01.2016 12:34
  • mədəniyyət xəbərləri - dahi şairin vəfatı

    noimage noimage

    Xalq şairi Zəlimxan Yaqub dəfn olunub.

    APA-nın məlumatına görə, mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.

    Qeyd edək ki, Zəlimxan Yaqub yanvarın 9-da dünyasını dəyişib. Xalq şairi uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkib.

    Mərhum bu gün Birinci Fəxri Xiyabanda dəfn olunacaq.

    Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Bolnisi rayonunun Kəpənəkçi kəndində dünyaya gəlib.

    1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib.

    1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

    1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub.

    İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib.

    1983-cü ildən AYB-nın üzvüdür. 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. 1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü olub.

    alıntı
#11.01.2016 12:34 0 0 0