Könül hasarı - Mucirəddin Mübarizoğlu

Son güncelleme: 11.01.2016 12:48
  • Mucirəddin Mübarizoğlu şeirləri - Könül hasarı şeirin oxu

    noimage
    Baş alıb o ötən çağlara getmək
    İstərsə tanımaz könül hasarı.
    Şeirdən , sevgidən eşqdən yaranmış,
    Hər kəsin varıdır könül hasarı.

    Gəl, özün sevənin yar yaraların,
    Göz -gözdü sinəmdə yar, yaraların,
    Məlhəmi ,həkimi yar yaraların,
    Gəlməsə sağalmaz könül ha sarı.

    Mücirəddin, bax ağardı saç asan,
    Qoymaq olar ağarmamış saça san.
    Günəş kimi çətin işıq saçasan,
    Saralıb olsan da könül ha sarı.

    noimage
    Mucirəddin Mübarizoğlu
#11.01.2016 12:48 0 0 0