İşimizdə - Mucirəddin Mübarizoğlu

Son güncelleme: 11.01.2016 12:50
  • Mucirəddin Mübarizoğlu şeirləri - İşimizdə şeirin oxu

    noimage

    Ağsaqqala eyləmişik məhsləhət,
    Xeyir işimizdə , şər işimizdə.
    "Dünya yola salmış" nənə ,babalar,
    Başdan əyləşiblər hər işimizdə.

    Nəfəsləri bizə sönməz od olar,
    Şadlansalar könlümüz də şad olar,
    Məclisimiz yaraşıqdan yad olar,
    Əgər olmasalar bir işimizdə.

    Mücirəddin, var hər kəsin öz yolu,
    İnsan gərək yol seçməyə yüz yolu.
    Əyri getsək göstərdilər düz yolu,
    Qoymadılar qala sirr işimizdə.

    noimage
    Mucirəddin Mübarizoğlu
#11.01.2016 12:50 0 0 0