Astma üçün istifadə edilən müalicəvi bitkilər təsirlidirmi?
astma xəstəliyi ilə bağlı türkiyəli uşaq həkimi Elif Dağlının fikirlərini təqdim edir.
Astma insanlar arasında ən çox rast gəlinən xroniki xəstəliklərdən biridir. Uşaqlar arasında da daha çox yayılan xəstəliklərdəndir. Həkim bildirir ki, bu xəstəlik fərqli əlamətlərlə, fərqli yaşlarda ortaya çıxır. Ağırlıq dərəcələrinə görə müalicə üsulları da fərqli olur. Məhz buna görə də xəstənin yaxınlarında bununla bağlı bir çox suallar yaranır: “Astma ağciyərin hava daşıyan nəfəs borularının üst təbəqəsinin həddən çox həssas olması səbəbindən yaranan bir xəstəlikdir. Astma xəstəliyinə yetkin yaşlarda tutulanların ağciyərində qalıcı fəsadlar törətmir”.
Astma keçicidirmi?
Astmanın xəbərdaredici göstəricisi nəfəs almada problem yaranmasıdır, yəni nəfəs darlığının meydana gəlməsidir. Bununla yanaşı, öskürək tutması, nəfəs alma sürətinin artması, xırıltı kimi əlamətlərlə də astma özünü göstərir: “Uşaqlarda baş hissədə həddən çox tərləmə, tez-tez baş verən quru öskürək halları, gülən, ağlayan və qaçan zaman öskürəyin daha da artması müşahidə edilir. Astma keçici bir xəstəlik deyil. İnsandan insana keçmə halları sıfıra bərabərdir. Ancaq irsi olaraq keçən bir xəstəlikdir. Bir ailənin bir neçə üzvündə bu xəstəliyin olması keçici deyil, irsi xarakter daşımasıdır. Astmanın genlə keçən xəstəlik olması sübut edilib”.
Astma xəstəliyi diaqnozu ilə həkim nəzarəti altında olan xəstələrin idmanla məşğul olmasına məhdudiyyət qoyulmur. Xüsusən də uşaqların üzmə başda olmaqla, bir çox idman növləri ilə məşğul olmaları mümkündür. E. Dağlı astmanın müalicə növləri arasında aktivlik, sosial həyat tərzi və idmanın vacib olduğunu vurğulayır.
Astma və allergiyanın bağlılığı
İnsanda allergiya yaradan maddələrə allergik maddələr deyilir. Allergik maddələrdən uzun müddət istifadə etmək astmaya səbəb olan iltihab yaradır: “Allergiyanın müalicəsi və ya allergiyası olmayan insan astmadan asan və tez müalicə edilir. Xəstəliyi qıcıqlandıran təsirlərdən uzaq durmaq lazımdır”.
Həkim həmçinin astmanın nəzarət altında saxlanıla bilən bir xəstəlik olduğunu vurğulayır. Lakin müalicə həkimin təyin etdiyi kimi aparılmalıdır. Əks təqdirdə, astma tutmaları həyatı risk altına sala bilər: “Yumşaq və orta həddə astması olanlar böhran həddini bir müalicə ilə keçirə bilərlər. Ağır və təxmin edilməyən astması olanlar isə ani ölümlə üz-üzə gələ bilərlər. Astmanın müalicəsində əsas şərt xəstə insanın bir müddət keçirdiyi həyat tərzindən uzaq olması və uyğun dərmanlardan istifadə etməsidir. Siqaret tüstüsünə məruz qalmaq, infeksiyası olan insanlarla münasibətdə və ünsiyyətdə olmaq, çirkli hava, ani isti və ya soyuq hava dəyişikliyi astma tutmasına şərait yaradan ünsürlərdir”.
Astma müalicəsinin dərmanları
Astma müalicəsində iki növ dərman istifadə edilir: xəstəliyi nəzarət altında saxlayan və müvəqqəti rahatladan. Həkim bildirir ki, müalicəvi təsirləri olan astma dərmanlarının adları markasına görə fərqlidir: “Xəstəliyi nəzarət altında saxlayan dərmanlar uzun müddət istifadə edildikdə allergik iltihaba təsir edir. Rahatlandırıcı, nəfəsaçıcı dərmanları isə özbaşına istifadə etmək olmaz. Xəstəliyi nəzarətdə saxlayan dərmanlarla bərabər lazım olduğu təqdirdə qısa müddətli rahatlandırıcı dərmanlar da atmaq olar”.
Nəzarətdə saxlayan dərmanlar istifadə etdikdə xəstəliyin heç bir əlaməti müşahidə edilmir. Bu isə xəstəliyin sağalması və dərmanların təsir etməsi demək deyil. E. Dağlı buna oxşar misal da çəkir: “Misal üçün, eynək taxdığınız zaman yaxşı görürsünüz, eynəyi çıxartdıqda isə yenə də pis görürsünüz. O da buna bənzər haldır. Astma müalicəsi zamanı özünüzü yaxşı hiss etdiyiniz zaman dərmanları dayandırmayın. Dayandırdığınız təqdirdə mütləq həkiminizə müraciət edin və onunla məsləhətləşin”.
Bir çox xroniki xəstəliklərdə olduğu kimi astma üçün də müalicəvi bitkilər mövcuddur. Bunlarla bağlı xalq arasında müxtəlif nümunələr və reseptlər var. Həkim bildirir ki, bunların əksəriyyəti müvəqqəti rahatlanma gətirir, lakin müalicəyə xidmət etmir. Astmanın müalicəsində istifadə edilən dərmanları əvəz edən bitki yoxdur: “Düzgün məqsədlə, düzgün dozada və düzgün istifadə edilən astma dərmanlarının heç bir ziyanı yoxdur. Əksinə, xeyri var. Astma müalicə edilmədikdə nəfəs almağı gücləndirən, nəfəs yolunun işinə mane olan və ağciyərdə qalıcı, ziyanlı bir xəstəlik halını alır. Ən yaxşı hal astmanın müalicəsidir”.
Astmanın müalicəsində istifadə edilən dərmanlar asılılıq yaratmır. Onların tərkibində asılılıq yaradan maddələr mövcud deyil. Lakin astmanın müalicəsi uzun zaman davam edir. Vaxtından əvvəl dərmanların dayandırılması, xəstəliyin yenidən meydana çıxması dərmanların asılılıq yaratması demək deyil, bu, müalicənin başa çatmamasının nəticəsidir: “Bəzi insanlar bizə sual verir ki, astma dərmanları ciyərləri qurudurmu? Ağciyərlərin quruması halı tibdə ümumiyyətl,ə mövcud deyil. Əksinə, dərmanlar nəfəs borularının alt təbəqələrində olan əhəngə bənzər sərtləşməni yox edir”.
Allergiya peyvəndləri astma dərmanlarının alternativi deyil. Dərmanlar qıcıqlandırıcı təsirindən asılı olmayaraq iltihabı təzyiq altına alır. Peyvənd beynəlxalq müalicə qaydalarına uyğun olaraq allergiya xaricində tətbiq edilir.
Dərmanların əks təsiri
Astma dərmanlarının çəki artırmaq, boyu qısa saxlamağa səbəb olan təsirləri yoxdur. Müalicə edilməyən ağır astma bədənin inkişafdan geri qalmasına səbəb olur. Tutma səbəbindən gecə yata bilməyən, düzgün və vaxtlı-vaxtında qidalanmayan uşaqların inkişafında geriləmə baş verir. Müalicələr düzgün davam etdikdə isə inkişaf qaydasına düşür.