Mozaika keksi resepti - Mozaika keksi tərifi və tərkibi - Mozaika keksi necə hazırlanır
Tərkibi:
3 yumurta
3 stəkan un
1 stəkan duru yağ
1 stəkan qatıq
1 stəkan şəkər tozu
2 x/q kakao
1 paket qabartma tozu
vanil
Hazırlanması:
Yumurta və şəkər tozu qaba tökülür və mikserlə 10 dəqiqə qarışdırılır.
Sonra üzərinə qatıq və duru yağ əlavə edilib yenidən mikserlə qarışdırılır.
Un və vanil əlavə olunub mikserlə qarışdırılır.
Alınan məhlul iki bərabər hissəyə bölünür.
Məhlullardan birinə kakao əlavə edilib qarışdırılır.
Hər iki məhlula yarım paket qabartma tozu əlavə olunub silikon qaşıqla yavaş qarışdırılır.
Keks bşiriləcək qaba əvvəl kərə yağı sürtülür, üzərinə un səpilir ki keks bişdikdə qabdan rahat çıxsın.
Alınmış hər iki məhlulu qaba tökərək bıçaqla forma verilir.
Əvvəlcədən 190 dərəcədə qızdırılmış sobada 30 dəqiqə bişirilir (keksin bişməyini kibrit çöpüylə yoxlaya bilərsiniz ).