Moruqlu biskvitli piroq resepti

Son güncelleme: 19.01.2016 11:07
  • Moruqlu biskvitli piroq resepti - Moruqlu biskvitli piroq tərifi və tərkibi - Moruqlu biskvitli piroq necə hazırlanır

    noimage

    Tərkibi:
    3 ədəd yumurta ağı
    100-150 q şəkər tozu
    1 x/q şəkər tozu (moruğa qarışdırılır.)
    125 q paket yağı (yumşadılmış)
    2 x/q xama
    200 q un
    1 ç/q vanilin
    1 ç/q qartma tozu
    150-200 q moruq

    Hazırlanması:
    Yumurtanın ağını ağarıb köpük halına gələnədək mikserlə çalırıq. Sonra şəkər tozunun yarısını əlvə edib bir də çalırıq.
    Kərə yağı və qalan şəkər tozu ayrı bir qabda çalınıb, yaxşıca həll olunur. Sonra xama, vanil əlavə olunur və bir daha qarışdırılır.
    Qabartma tozu una əvvəlcədən qarışdırılır. Sonra unun yarısı qarışıma əlavə olunub qaşıqla qarışdırılır.
    Üzərinə yumurta ağını əlavə edib və asta-asta qarışdırırıq. Qalan un da ora əlavə olunub yavaşca qarışdırılır.
    24 sm olan list götürülür və qatı xəmir listə yayılır. Üzərinə şəkər tozu ilə qarışdırılmış moruq düzülür.
    180 dərəcədə 25-30 dəqiqə bişiririk.
    Piroqumuz hazırdır.

    Nuş olsun!

    alıntı..
#19.01.2016 11:07 0 0 0