Dini hekayə

Son güncelleme: 19.01.2016 13:17
  • Hekayə - Dini hekayə - Dini hekayə oxu

    noimage

    Bir gün HZ. Fatimeyi Zəhra yatmağa hazırlaşanda HZ.Məhəmməd (s.a.s) yanına gəlib buyurdu: 4 əməli yerinə yetirməmiş yatma.
    1- Quranı oxuyub başa çatdır
    2- Peyğəmbərləri özünə şəfaətçi qərar ver
    3- Möminləri özündən razı sal
    4- Həcc və Ümrəni yerinə yetir
    - Bunu deyib Namazı qılmağa başladı HZ. Fatimeyi Zəhra Namazı qurtarana kimi HZ.Məhəmmədi (s.a.s) gözlədi. Sonra dedi Ya Rəsullullah 4 şeyi əmr etdin, mənim isə bu vaxtı bunları yerinə yetirmə qüdrətim yoxdu. HZ.
    Məhəmməd (s.a.s) təbəssümlə belə buyurdu:
    - Hər vaxt QUL HUVƏLLAHU surəsini 3 dəfə oxusan, sanki Quranı 1 dəfə oxuyub xətm eləmisən
    - Hər vaxt mənə və məndən qabaqkı peyğəmbərlərə salavat göndərsən, biz qiyamət günü sənə şəfaətçi olarıq
    - Hər vaxt möminlər üçün istixfar eləsən onlar üçün ALLAHDAN bağışlanmaq istəsən oların hamısı səndən razı olarlar
    - Hər vaxt SÜBHANALLAHI, VƏLHƏMDULLİLAHİ
    VƏ LAİLAHƏ İLALLAHU VƏLLAHU ƏKBƏR desən, sanki Həcc və Ümrəni yerinə yetirmisən.
#19.01.2016 13:17 0 0 0