Qripdən qorunmağın etibarlı yolu - peyvənd

Son güncelleme: 24.01.2016 22:14
  • Qrip - Qrip müalicəsi - peyvənd

    noimage

    Soyuqdəymənin əlamətləri

    Həkim bildirir ki, hər şey burundan başlayır. Tez-tez burun axması, tıxanması, asqırma və qızdırma müşahidə edilir. Simptomlar 1-5 gün arasında davam edir. Bu xəstəliyin peyvəndi yoxdur və ən çox rast gəlinən infeksiya xəstəliyidir: “Qrip influenza adı verilən virusların səbəb olduğu xəstəlikdir. Bu virusun alt qruplarından olan H1N1 daha çox xalq arasında “donuz qripi” deyilən qrip, H5N1 isə “quş qripi” dediyimiz qripə səbəb olur. Bütün bədən qüvvətdən düşür, öskürək halları başlayır və qızdırma müşahidə edilir. Simptomlar 3-4 gün davam edir. Peyvənd ilə yalnız müəyyən mərhələdə qorunmaq mümkün olur. Buna görə də bu xəstəlikdən qorunmaq vacibdir. Keçicidir, asanlıqla yayılır, eyni vaxtda bir çox insan xəstələnə bilər, daha çox qış aylarında hücuma keçir”.

    Qrip öskürək, asqıraq, mikroblu əşyalar vasitəsilə və birbaşa təmas nəticəsində keçir. Qripə yoluxduqdan 1-3 gün müddətində qızdırma 38-39 arası, titrəmə, halsızlıq, yorğunluq, iştahsızlıq, boğaz və baş ağrısı, bütün bədənə yayılan əzələ ağrıları, ürək bulanma, qusma, ağız suyunun axması, gözlərdə qırmızılıq və yanma, burun axması kimi əlamətlər ortaya çıxır.

    T. Özçelik deyir ki, xəstəlik başladıqdan sonra 7 gün müddətində keçicilik qabiliyyətini saxlayır: “Xəstəliyin yüngül formasında qızdırma 38-dən az olur, quru öskürək, boğaz ağrısı, burun axması, baş ağrısı, halsızlıq müşahidə edilir. Xəstəlik bir həftə davam edir. Qripin ağır formasında isə nəfəs yolları tıxanır, xəstə insan tez-tez nəfəs alıb-vermək məcburiyyətində qalır, yaddaş zəifləyir, danışmaqda çətinlik çəkir. Bu cür vəziyyətdə xəstəlik daha uzun zaman davam edir, ən pis halda ölümə səbəb olur”.

    Şiddətli qrip sətəlcəm, bronxit, sinüsit, orta qulaq iltihabı və badamcıq iltihabı kimi problemlərə yol açır. Xroniki xəstəliklərdə tutma – astma krizisi, epilepsiya, diabet koması və s. baş verə bilər. Hətta ürək əzələsi tutulması, keçici iflic, şok, vaxtından əvvəl doğuş və uşaq salma kimi problemlər də yarada bilər.

    Müalicəsi

    Xəstəliyini yüngül keçirən bir çox insana daha çox simptomları aradan qaldırmaq üçün müalicə təyin edilir. Məsələn, yataq istirahəti, ağrıkəsici, qızdırma salmaq, bol maye qəbulu, vitaminlərlə zəngin pəhriz və s. Əgər ağır əlamətlər müşahidə edilirsə, mütləq həkimə müraciət edilməli və onun təyin etdiyi müalicə aparılmalıdır. Risk qrupunda olan və qripin ağır formasını yaşayanlar üçün həkim dərman müalicəsi təyin edir. Həkim qripdən qorunmaq üçün aşağıdakı tədbirlərin görülməsini məsləhət bilir:

    1. Otaqlar tez-tez havalandırılmalıdır. Otağa mütləq günəş işığı daxil olmalıdır.
    2. Xəstə insanla yaxın təmasdan qaçmaq lazımdır.
    3. Xəstə öskürən zaman ağzını və burnunu dəsmalla tutmalıdır, sonra həmin dəsmal atılmalıdır. Əllər tez-tez yuyulmalı və sabunla təmizlənməlidir. Əllər spirt tərkibli maddələrlə də dizinfeksiya edilə bilər.
    4. Əllər yuyulduqdan sonra kağız dəsmalla silinməlidir. Hər kəsin əl dəsmalı ayrı olmalıdır.
    5. Mümkündürsə, xəstə ilə eyni stolda yemək yeməkdən çəkinmək lazımdır.

    Qrip peyvəndi

    1. Qripdən qorunmaq üçün xüsusən də risk qrupundakı insanlar (ağciyər, ürək-damar xəstəliyi olanlar xaric), böyrək və qaraciyər çatışmazlığı, şəkər, qan, sinir xəstəliyi, immunitet sistemi çökən insanlar peyvənd etdirə bilərlər.
    2. Peyvəndin təsiri vurulandan sonra 10-14 gün müddətində başlayır. Peyvəndin H1N1 virusundan 70-80 faiz qoruduğu deyilir.
    3. Peyvənd 9 yaş və aşağı olan uşaqlara 2 doza, 10 yaş və yuxarı olanlara 1 doza vurulur. İki doza arasında fasilə 3 həftə olmalıdır. 6 ay və daha balaca uşaqlara qrip peyvəndi edilmir. Çünki onların immunitet sistemi hələ möhkəmlənməyib. Hamiləlik zamanı və əmizdirmə vaxtı həkimin nəzarəti və məsləhəti ilə qrip peyvəndi edilə bilər.
    4. Qrip peyvəndi digər peyvəndlərlə eyni və ya fərqli günlərdə tətbiq edilə bilər. Peyvəndlərin vaxtı gecikdirilməməlidir.
    5. Qrip peyvəndinin də əks təsirləri var. Lakin bunların çoxu peyvənd edilən bölgədə qızartı, şişlik, bərklik, ağrı, yorğunluq, baş ağrısı, tərləmə, əzələ ağrısı kimi lokal və yüngül təsirlər ola bilər. Bu zaman heç bir müdaxilə etməyinizə ehtiyac yoxdur. Əlamətlər öz-özünə yoxa çıxır.

    Peyvənd bu hallarda edilmir:

    1. Yumurta yedikdə şoka düşəcək qədər ağır allergiya zamanı
    2. Əvvəlki qrip peyvəndi zamanı şoka düşəcək dərəcədə ağır allergik müşahidələr zamanı
    3. Sinir sistemi zəifliyi sindromu yaşayanlara


    Ümidə QƏHRƏMAN
#24.01.2016 22:14 0 0 0