Gündə bir ovuc ləpə nələrə qadirmiş

Son güncelleme: 13.02.2016 07:11
  • Saglam şayam - Hansı Ləpə faydalıdır


    noimage

    Badam, qoz, fındıq, keşyu, püstə, makadamiya və s. müxtəlif faydalı maddələrin əsl zəngin anbarıdır. Həkimlərin fikrinə görə, hər gün 1 ovuc ləpə yeyən insan özünü bir çox xəstəliklərdən və pozulmalardan qoruya bilər.

    Ləpə insanı uzun müddət ərzində tox saxlayır və nəticədə daha az yeyir və arıqlayır.

    - Omeqa-3 və Omeqa-6 yağlı turşularla zəngindir ki, bu maddələr ürəyin və beynin sağlamlığında çox böyük rol oynayır.

    - Arterial təzyiqin tənzimlənməsinə kömək edir.

    - Orqanizmdə "pis" xolesterinin səviyyəsini aşağı salmağa kömək edir və bununla damarları aterosklerozdan qoruyur. Ateroskleroz insult və infarkt kimi ağır pozulmaların əsas risk faktoru sayılır.

    - Qidalı liflərlə zəngin olduğuna görə bağırsaqları təmizləyir.

    - Mineralla zəngin olduğuna görə sümükləri və dişləri möhkəmləndirir.

    - Qanda "xoşbəxtlik hormonu" adlandırılan serotoninin səviyyəsini qaldırır ki, bu da bizə streslə və depressiya ilə mübarizə etməyə kömək edir.

    - Beyinin bütün funksiyalarını (yaddaş, diqqət, təfəkkür) yaxşılaşdırır.

    - Yuxunu normallaşdırır.

    - İmmun sistemini möhkəmləndirir.

    - Antioksidant maddələrlə zəngin olduğuna görə hüceyrə səviyyəsində qocalma proseslərini ləngidir, insanı daha gümrah edir.

    alıntı..
#13.02.2016 07:11 0 0 0