Yeni Zelandiya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
APA-nın TASS agentliiynə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Oklend arxipelaqından 219 km şimal-qərbdə, İnverkarqill şəhərindən 416 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.