Uzunboğaz çəkmələrlə cazibədar görünməyin yolları

Son güncelleme: 16.02.2016 06:05
  • Gözəllik sirləri - Uzunboğaz çəkmələr haqqında

    noimage

    İki ildir ki, aktuallığını qoruyan "thigh-high boots”, yəni uzunboğaz çəkmələr bu il də dəbli xanımların əsas seçimləri arasında olacaq. Uzunboğaz çəkmələri doğru kombinə etmək çox önəmlidir.

    Keyfiyyətə üstünlük verin!
    Əvvəlcədən qeyd edək ki, uzunboğaz çəkmələr xeyli bahalı olduğu üçün uzun illər istifadə edə biləcəyiniz, keyfiyyətli modelə üstünlük verin. Belə çəkmələr boyunuzu onsuz da uzun göstərəcək. Odur ki, dabansız, düz modellər seçin. Əks halda, bədəninizin aşağı hissəsi həddən artıq uzun, yuxarı hissəsi isə qısa görünə bilər.

    Ətək və ya don geyinin!
    Uzunboğaz çəkmələr ən çox ətək və donlarla yaraşır. Çəkmənin boğazı ətəkdən (və ya dondan) bir-iki santimetr aşağıda durmalıdır.

    Ofisdə şıq görün!
    Uzunboğaz çəkmələri ofis stilinə də uyğunlaşdırmaq olar. Bunun üçün midi ətəklərdən faydalana bilərsiniz. Bu zaman çəkməniz həm də kolqotka əvəzi olacaq. Ayaqlarınız qısadırsa, çəkmənizlə ətəyiniz eyni rəngdə olmalıdır.

    alıntı..
#16.02.2016 06:05 0 0 0