Donmuş kərə yağının üstünə stəkan qoyun

Son güncelleme: 19.02.2016 09:41
  • Donmuş kərə yağı haqqında bilmediklərimiz

    noimage

    Çox zaman mətbəxdə xırda işlərə xeyli vaxt sərf edilir

    1. Donmuş kərə yağını qısa müddətdə yumşaltmaq üçün bir stəkanı isidin, kərə yağını bir boşqaba qoyun və həmin stəkanla üstünü örtün.
    2. Şirin çörək və şirniyyatları daha uzun müddət təzə saxlamaq üçün şirniyyat olan qaba alma dilimləri qoyun və ağzını bərk bağlayın.
    3. Vişnə və ya gilas dənəsini təmizləmək üçün sizə bir şüşə və pipet lazım olacaq. Vişnəni şüşənin ağzına qoyun və pipetlə dənəni şüşənin içərisinə doğru itələyin.
    4. Sarımsağı daha asan soymaq üçün bir bankaya qoyun, qapağını bağlayın və sürətlə, tez-tez çalxalayın. Çıxardıqda sarımsaq öz-özünə soyulacaq.
    5. Soğan və sarımsaqların nəmlənməməsi üçün deşikli kağız kisələrdə saxlayın.
    6. İsti yay günlərində sərinləmək üçün içki hazırlayan zaman buz qablarına limon dilimləri qoyun.
    7. Yaşıl yarpaqlıları daha uzun müddət təzə və təravətli saxlamaq üçün plastik sellofanlara bükün və eyni formada soyuducuda saxlayın.
    8. Xarlamış balı içərisində isti su olan bir qaba qoyun və altına od vurun. Bu üsul balı təkibini pozmadan yenidən əvvəlki halına qaytaracaq.
    9. Bananın köklərini yapışqan lentlə bağlayın. Bu üsul bananların daha uzun müddət qaralmamasına səbəb olacaq.
    10. Dilimlədiyiniz tortun qurumaması və təzə qalması üçün kəsdiyiniz hissəyə çörək dilimləri düzə bilərsiniz.

    alıntı...
#19.02.2016 09:41 0 0 0