Yağlı qazanları yumağın Asan yolu

Son güncelleme: 19.02.2016 09:53
  • Yağlı qazanları yumağın qaydası

    noimage

    Qazan və tavaların təmizliyi bir az daha çətindir. Özəlliklə uzun müddət yüksək istilikdə qaldıqları üçün yağ yanıqları meydana gəlirsə. Bunları təmizləmək isə heç də asan deyil. Bunun üçün də qadınlar çox vaxt əsasən sərt kimyəvi tərkibli təmizləyicilər istifadə edirlər.

    Ehtiyacınız olan ərzaqlar:


    ½ stəkan qabartma tozu

    1 və ya 2 xörək qaşığı hidrogen peroksid

    Süngər

    Necə tətbiq edilir?

    Qabartma tozu və hidrogen peroksidi kiçik bir kasanın içində qarışdırın. Qarışım krem şanti halını alacaq. İçinə bir miqdar da hidrogen peroksid əlavə edə bilərsiniz. Yanmış tava, ya qazanda yanıq ləkələrinin üzərinə bu qarışımı yaxşıca yayın. Hidrogen peroksid möhtəşəm təmizlik edir və yapışan yağ ləkələrini çıxarır. Metal qablar üzərində daha yaxşı effekt göstərir. Ardından süngərlə ovun. Ovduqdan sonra yuyun və durulayın.

    Fərizə ƏHMƏDOVA
#19.02.2016 09:53 0 0 0