Dəvə

Son güncelleme: 19.02.2016 11:19
  • Heyvanlar - Heyvanların Həyat tərzi - Dəvə

    noimage

    Dəvələr qızmar səhrada uzun müddət susuz yaşayacaq şəkildə yaradılıblar. 10 dəqiqədə 130 litr su içən dəvələr günlərlə davam edən səfərlərində ehtiyacları olan mayeni mədələrində toplayırlar. Normal şəraitdə bir çox məməli heyvan temperatur yüksək olduqda soyumaq üçün tərləyir. Bu şəkildə, bədənlərindəki su qısa müddətdə tər şəklində xaric olunur. Ancaq dəvələr tərləmək əvəzinə bədən temperaturlarını normal şəraitdəkinə nisbətən 11°C artırırlar. Beləliklə, bədənlərindəki suyu uzun müddət saxlayaraq sudan maksimum dərəcədə faydalanırlar. Bir insanın normal bədən temperaturu 37°C-dir. Bədən temperaturunda dəyişikliklər olduqda ölümcül nəticələr verir.Dəvələr bu prosesi problemsiz həyata keçirirlər. Səhra həyatına uyğun yaradılmış dəvələrdəki bu mexanizmdə digər diqqətçəkən cəhət isə dəvənin 130 litr suyu 10 dəqiqədə içdiyi halda, həyati funksiyalarını davam etdirməsidir. Qandakı suyun miqdarı həddindən artıq artmasına baxmayaraq, dəvənin həyatının təhlükəyə girməməsi heyrətamizdir. Üstəlik, dəvələr bu qədər çox su içərək qanlarının həcmini 30% azaldırlar. Başqa canlının qan dövranı qanın bu qədər azalmasına tab gətirə bilməz. Çox su içdikdə qandakı su miqdarı digər maddələrə müqayisədə artır. Qan hüceyrələrinin içində daha az su olduğuna görə, hüceyrə kənardan su sormağa başlayır. Beləliklə, hüceyrələr həddindən artıq şişərək partlayır və ölümə səbəb olurlar. Z. Etzion və R. Yagil adlı bioloqlar dəvələrin bu qədər çox su içib necə həyatda qaldıqlarını araşdırmış və susuz qalmış dəvənin içdiyi suyu birbaşa qan damarlarına ötürdüyünü, digər bütün orqanların bu dəyişikliyə görə tənzimləndiyini müəyyən etmişlər.Dəvələr qandakı suyun miqdarını həddindən çox artırdıqları halda, hüceyrələrinin partlamasının qarşısını alan amil qan hüceyrələrini örtən xüsusi zülal təbəqəsidir. Bu təbəqə osmos səbəbi ilə şişən hüceyrələrin divarlarının gərilməsinin qarşısını alır, hüceyrələri parçalanmağa qoymur.Dəvələrin hüceyrələrinin şişərək partlamaması üçün hüceyrələr oval formadadır.

    alınti....
#19.02.2016 11:19 0 0 0
  • Dəvə Konusuna Benzer Konular
  • Böyle bir şey olamaz.! Hiç alakalı konu bulamadık.
  • Plastik Gıda Ambalajı 19.02.2016 11:19