Tısbağalar

Son güncelleme: 19.02.2016 11:28
  • Heyvanlar - Heyvanların həyat tərz - Tısbağalar


    noimage

    Dəniz tısbağası həyatını, demək olar , suda keçirir. Ancaq dişilər yumurta qoymaq üçün sahilə çıxırlar. Yaşıl ana tısbağa sahildə dərin yalaq qazaraq oraya 100 və daha çox yumurta qoyub basdırır, sonra dənizə qayıdır. Təzə çıxmış balalar özləri qumdan çıxıb dənizə tələsirlər. Təəssüf ki, onların çoxu quşların və yırtıcıların cənginə düşür.

    ƏN BÖYÜK TISBAĞA
    Ən böyük tısbağa- gönlü tısbağa adlanır. Uzunluğu 1,6 metrə,çəkisi 360 kiloqrama çatır. O, baqşalarından daha dərinə, 100 metrdən çox su altına gedir.

    DƏNİZ TISBAĞALARININ YEMİ
    Onların çoxu sualtı varlıqlarla-molyuslarla, krevetlərlə, ilbizlərlə qidalanır. Ancaq bəziləri müəyyən yem növü sevir. Məsələn, bissa tısbağası dodaqçiçəyini, gönlü tısbağa meduzları, yaşıl tısbağa dəniz yosunlarını daha çox sevir.

    NƏHƏNG TISBAĞA
    Nəhəng tısbağanın uzunluğu 1,4 metrə, çəkisi isə 250 kiloqrama qədərdir. Onlar Sakit okeandakı Qalapaqos adalarında və Hind okeanındakı Aldabra adalarında yaşayır. Nəhəng Seyşel tısbağalarının təbiətdə kökü kəsilmiş hesab olunur. Ancaq bu yaxınlarda onların bir neçəsi tapılıb. Bu tısbağalar qorunur.

    alıntı..
#19.02.2016 11:28 0 0 0