Üzünüzdəki kiçik nöqtələrə verilən addır. Çilləri olan bir çox insanın üzündə yüzlərlə olmasa da, belə çoxsaylı nizamsız kiçik nöqtəvi ləkələr vardır. Çox vaxt bu kiçik sarı-qəhvəyi nöqtələr çiyinlərdə, kürəkdə və qollarda da olur. Çillər zərərsizdir və çox insan çilləri olduqca gözəl bir şey olaraq görür. Ancaq siz çillərdən xoşlanmayan birisinizsə, onda deyə bilərik ki, onlardan qurtulmağın bir çox təbii üsulu mövcuddur. Xiyar suyu ilə çillərdən qurtulma da bu üsullardan biridir.
1. Bir ədəd xiyar götürərək suyunu çıxarın. Xiyarın suyunu ən asan şəkildə şirəçəkənlə sıxa bilərsiniz. Əgər bu alət yoxdursa;
- Xiyarı kiçik hissələrə bölün
- Bu hissələri blenderə yerləşdirin
- Əldə etdiyiniz püreni tənziflə sıxaraq bir yerə toplayın
2. Bir çay qaşığı xiyarın suyunu iki çay qaşığı su ilə qarışdırın.
3. Pambıqla və ya əlinizlə onu çilli hissələrə çəkin.
4. Losyon və günəş kremi istifadə etməzdən öncə onun üzünüzdə qurumasını gözləyin.
5. Hər səhər və axşam istədiyiniz nəticəni alana qədər qarışımı üzünüzə çəkməyə davam edin.