Ancelina Colinin səhhəti pisləşir - 35 kilo oldu

Son güncelleme: 09.04.2016 20:35
  • Şou biznes xəbərləri - Məşhurlar


    noimage

    Tanınmış aktrisa Ancelina Colinin səhhəti günü-gündən pisləşir. Lent.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, xeyli zamandır xəstəlikdən əziyyət çəkən aktrisa dəhşətli dərəcədə arıqlayaraq 35 kiloya düşüb. Həkimlər onun səhhətinin yaxşılaşması üçün dərmanlar yazsalar da, bu, aktrisaya kömək olmayıb.

    Onu da əlavə edək ki, A.Colinin həyat yoldaşı Bred Pit isə aktrisanın qarşısına şərt qoyub: “Sağlam qidalanmasan, səndən boşanacam”. Onun bu sözləri isə Ancelinanın xoşuna gəlməyib. Cütlüyün yaxın müddətdə boşanacağı gözlənilir.

    Xatırladaq ki, A.Colinin boyu 1.69 sm, çəkisi 35 kiloqramdır. Onun arıqlaması 2007-ci ildə anasının ölümündən sonra başlayıb. Gənclik illərində anoreksiyadan əziyyət çəkdiyi məlum olan aktrisa 2014-cü ildə müalicə almağa başlamışdı. O, anasının ölümündən sonra xərçəng xəstəliyi yarada biləcək genlərinin olduğunu öyrənib.

    noimage

    noimage

    noimage

    noimage

    Yalçın UĞUR
#09.04.2016 20:35 0 0 0