Heç kim göbəyi çöldə qoyan büstyer modasına əməl etmək məcburiyyətində deyil.
Ekstra düşük belli şalvarlar da sizin üçün ideal deyil. Göbək bölgəsini sıxıb yan tərəflərdən artıqların görünməsinə səbəb olar.
Bunların yerinə bədənə oturan, qarnı sıxışdırmayan ipək parçalara üstünlük verilməlidir.
Çox dar koftalar geyinməyin. Tökülən parçadan tikilmiş köynəklərlə daha xoş görünə bilərsiniz.
Mini, iki parçadan olan və cizgili dar donlar göbəkli qadınlar üçün yaxşı seçim deyil. Bədəni ikiyə bölən parçalar hər daim daha geniş görünmənizə səbəb olur. Cizgili geyimlər də sizi daha kök göstərər.
Ağ-qara kombinəli geyimlər də bədəni ikiyə bölər, ancaq zərif və sadə görünmənizə yardımçı olur. Yüksək belli mini ətəklər və köynəklər qarnında artığı olan qadınların istifadə edə biləcəyi modellərdəndir.
Don geyinmək istəyirsiniz və göbəyinizdən şikayət edirsinizsə, gizlətməyin ən yaxşı yollarından biri incə bir kəmər istifadə edərək donu hərəkətləndirməkdir.