Boşanan müğənni aliment ala bilmir - Uşağım ona nifrət edir

Son güncelleme: 15.04.2016 20:10
  • Şou biznes xəbərləri - Məşhurlar


    noimage

    Bir neçə il öncə həyat yoldaşından boşanan müğənni İlahə İbadova şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, “Bizimləsən” verilişində qonaq olan ifaçı bildirib ki, keçmiş həyat yoldaşı övladına aliment ödəmir: “Hər dəfə deyirəm ki, bu mövzunu bitirmişəm. Amma mövzu aliment məsələsi olduğuna görə, verilişə gəlməyə razılıq verdim. Əslində biz bunu məhkəmə yolu ilə həll edirik. Sadəcə pulu hələ ki, vermək istəmir. Uşağı görmək istəmir. Yəni vecinə deyil. Məhkəməyə gəlir, deyir ki, verəcəm, amma sonra səs-sorağı çıxmır. Hələ ki, proseslər belə davam edir. Bu yaxınlarda qızımla maşınla gedirdik, bir az düşündü, mənə dedi ki, “ay ana, bilirsən mən niyə ona nifrət edirəm? Çünki gəlib məni görmür”. Mən heç evdə uşağa atası barədə danşmamışam. Hələ balacadı, 7 yaşı var. Amma onun dediyi söz məni kövrəltdi”.

    noimage


    Yalçın UĞUR
#15.04.2016 20:10 0 0 0