Rəsmi Moskva Minsk razılaşmaları çərçivəsində öz öhdəliklərini yerinə yetirməyincə Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama Hannoverdə, Almaniya kansleri Angela Merkel ilə görüşündən sonra bəyan edib.
“Mövqeyimiz dəyişməz olaraq qalır. Sanksiyaların qüvvədə qalacaq, Rusiyanın Ukraynaya təcavüzü başa çatmayana qədər bu belə olacaq”, deyə ABŞ prezidenti bildirib.
Qeyd olunur ki, Obama və Merkel həmçinin Suriyadakı vəziyyəti müzakirə ediblər.