Soyuq salat resepti

Son güncelleme: 30.09.2016 15:06
  • noimage

    Tərkibi:
    250 qr Spiral pastası
    2 iri soğan
    200 qr şampinyon
    3 xörək qaşığı bitki yağı
    200 qr vetçina
    Duz
    Üyüdülmüş qara istiot
    2 xörək qaşığı mayonez
    2 xörək qaşığı xama

    Hazırlanması:
    Spiral pastasını qaynatmaq, süzgəcə atmaq, soyuq su ilə yumaq,
    1 xörək qaşığı zeytun yağı əlavə etmək və qarışdıraraq yenidən qazana qoymaq.
    Soğanı təmizləmək, nazik yarımhalqa formasında doğramaq.
    Şampinyonları köndələn şəkildə nazik doğramaq.
    Qalan yağı qazanda isitmək, soğan əlavə etmək, qızılı rəng alana qədər daim qarışdıraraq qızartmaq.
    Göbələkləri əlavə edib daha 5 dəqiqə bişirmək.
    Duz və istiot əlavə etmək, odun üzərindən götürmək.
    Göbələkli qarışığı fincana tökmək, soyuyanadək gözləmək.
    Vetçinanı nazik zolaqlara doğramaq.
    Spiral Saville pastası, soğan, şampionyonlar və vetçinanı fincana atmaq.
    Mayonezi xama ilə qarışdırmaq, salata əlavə etmək və qarışdırmaq.

    Nuş olsun!

    alıntı..
#30.09.2016 15:06 0 0 0